Bu gün:

Səyahətlə bağlı 7 film


Bir filmə baxdıqdan sonra həyatınız tamamilə dəyişə bilər. Hər şeyi geridə qoyub uzun bir səyahətə çıxmaq da istəyə bilərsiniz. Amma getməzdən əvvəl bu siyahıdakı filmləri izləyin.

Bab'aziz

Bab'aziz dərviş və kiçik bir qızın yol hekayəsidir. Bu film bizə səhranın istiliyini və üzümüzə dəyən küləyi hiss etdirəcək. Filmin əsas mövzusu daxili səyahət hekayəsidir. O, bir yerə çatmaqdansa, öz içindəki səyahəti mistik bir dillə təsvir edir. Film kamil insan olmaq üçün keçməli olduğumuz yolları səbir və incəliklə izah edir. 

Thelma & Louise

Film bitdikdən sonra sizdə "Qadınlar bir araya gəlsələr, dünyanı belə hərəkət etdirə bilərlər" fikri yaranacaq. "Thelma və Louise" çox maraqlı yol hekayəsidir. Demək olar ki, hamı qanqster, detektiv və ya hərəkətli filmləri zövqlə izləyir. Belə filmlərin baş rolunda bu qadınları görmək həyəcan vericidir.

Into the Wild

Baş rol dünyada sahib ola biləcəyi hər şeyə sahibdir. Bura ev, avtomobil, yaxşı diplom, ailə, sevgili, dostlar daxildir. Amma o, yenə də xoşbəxt deyil. Kapitalist nizamdan ən qısa zamanda xilas olmaq əsas hədəfdir. Film Chris McCandless-in real həyat hekayəsinə əsaslanıb.

Easy rider

"Easy Rider" əyləncə axtarışında olan Los-Ancelesdən Nyu Orleana gedən iki baykerin hekayəsindən bəhs edir. Hadisələr onların gözlədiklərindən də mürəkkəb hal alır. Filmdən sonra özünüzü azadlıq axtarışı üçün yola atmaq istəyəcəksiniz.

Outsorced

Bu film bildiyimiz yol filmlərindən fərqlidir. Filmdə öz istəyi ilə yola çıxmayan, şirkəti tərəfindən təlim üçün Hindistana göndərilən birinin hekayəsini izləyirik. Fərqli mədəniyyəti və maraqlı insanları izləyicilərə zövq verir.

Tracks

Bu filmdə istəməklə hər şey əldə oluna bilər mesajı verilir. Robin Devidsonun əsl hekayəsindən bəhs edən filmdə gənc qadın iti və bir neçə dəvəsi ilə Alice Springsdən Hind okeanına səyahət edir. Səyahətlərin jurnal səhifələrindəki kimi parlaq və asan olmadığını da vurğulamaq lazımdır.

The Darjeeling Limited

Film Hindistandan Himalaya, Himalaydan məbədlərə səyahət edən üç qardaşın səyahətindən bəhs edir. Atalarının ölümündən sonra qardaşların arasına soyuqluq girir. Onların hüzur tapmaqları mümkün deyil. Ruhani səyahət onlar üçün çətin ola bilər. Macəra və qardaşlıq mövzuları ilə dolu olan film bizi öz dünyamızdan uzaqlaşdıracaq.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş