Bu gün:

Bananın ürəyə faydaları nələrdir?


Həkim-dietoloq, nutrisioloq Yevgeni Arzamastsev bananın ürəyə faydaları haqqında məlumat verib. Bu barədə “Moskva 24” məlumat yayıb.

Onun sözlərinə görə, bu meyvənin tərkibində ürək əzələsi üçün faydalı olan kalium və B vitaminləri var. Eyni zamanda mütəxəssis qeyd edib ki, banan sizi artıq mövcud xəstəliklərdən xilas etməyəcək. “Həmçinin bananda digər meyvə və tərəvəzlərdə olduğu kimi silikon var. Bu, dərinin qorunması, saçın və dırnağın sintezinin yaxşılaşdırılması deməkdir”, - dietoloq deyib.

Bununla belə, Arzamastsev xəbərdarlıq edib ki, bananda şəkər çox, lif isə azdır. Həkim idmanla məşğul olmayanlara bananı başqa meyvələrlə əvəz etməyi tövsiyə edib. “Şəkərli diabetiniz varsa, bananlardan tamamilə imtina etməlisiniz”, - o, qeyd edib.

Mənbə: Lenta.ru

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et