2019-cu ilin sonundan etibarən başlayan və təqribən 2 il müddətində dünya, turizm, iqtisadiyyat və səhiyyəni iflic edən kovidi hamımız tanıyırıq. Əvvəlki qədər sərt rejimli karantinlərin artıq olmamasına baxmayaraq, virus tamamilə yer üzündən silinməyib. Hələ də bu virusa yoluxma halları baş verir, lakin artıq əvvəlki qədər ölümcül deyil.

Virusun hələ də var olması onun haqqında bizdə hələ də bilmədiyimiz şeylər barədə maraq yaradır. Yahoolife -ın məlumatlna görə bilmədiyimiz beş məqam bunlardır:
1. Məsələn, ilk insanların virusa yoluxmasının üzərindən 5 il keçməsinə baxmayaraq xəstəliyin dəqiq mənşəyi hələ də bilinmir. İlk vaxtlar virusun yarasalardan və daha başqa heyvanlardan istifadə və onlarla əlaqədən yarandığı düşünülürdü. Kifayət qədər inandırıcı olsa da, bu versiya öz təsdiqini tapmayıb.
2. Korona virusdan dəqiq olaraq nə qədər insanın öldüyü bizə məlum deyil. Rəsmi statistikalar belə, bu məsələyə aydınlıq gətirməyə kifayət etmir. Orta hesabla 20 milyondan çox insanın ölümünə səbəb olduğu məlumdur.
3. Hansı peyvəndlər hazırlandı? Bu sualın cavabı da məlum deyil. Pandemiya dövründə Çin istehsalı vaksinin məşhurlaşması digər vaksinlərə olan ehtiyac və diqqəti artırdı. Bunun səbəbi olaraq Britaniya və ABŞ-nin hazırladığı vaksinlər dünya və ictimaiyyətin yaddaşında qalmadı.
4. Hansı növün daha çox özünü göstərdiyini bilirikmi?
Bildiyimiz kimi, kovid virusunun müxtəlif mutasiyaları mövcuddur: alfa, betta, qamma, delta və omikron. Delta və omikron ən son dövrlərə qədər özünü göstərən variantlardır. Delta omikrondan daha ölümcül və axır növ olsa da, yayılma həcminə və uzunmüddətli olmasına görə ən yayğın növün omikron olduğunu deyə bilərik.
5. Uzunmüddətli kovidin mövcud olduğunu bilirdinizmi? Bəzi insanlar koviddən sağalsa belə, onun təsirlərini bu gün də hiss etdiklərini deyirlər. Çoxumuz buna inanmırıq, ya da psixoloji olduğunu düşünürük, amma bu doğrudur. Virus bəzi orqanizmlərdə qalıcı izlər buraxır, xüsusilə də zəif orqanizmlərdə. Tez yorulmaq, ayaqların üşüməsi, soyuqda sinədə ağrı kimi göstəricilər uzunmüddətli kovidin simptomlarıdır.
Hazırladı: Səidə Abasova
