Bu gün:

Yaya qədər necə tez arıqlamaq olar?



Nutrisioloq, terapevt Nadejda Çernışova deyir ki, yaya qədər təhlükəsiz şəkildə arıqlamaq üçün vərdişlərinizi dəyişdirməli və aşağı kalorili pəhrizlərdən imtina etməlisiniz. O, “Veçernyaya Moskva” nəşrinə müsahibəsində tez arıqlamağın yolunu açıqlayıb.

Mütəxəssisin fikrincə, kəskin kalori məhdudlaşdırılan pəhrizlərdən sonra çəki geri qayıdır. “Çalışın arıqlamağa deyil, yaxşı fiziki formada olmağa, əzələləri gücləndirməyə, düzgün qidalanma və fiziki fəaliyyət prinsiplərini yalnız yay üçün deyil, davamlı olaraq tətbiq edəsiniz. Sonra yavaş-yavaş, asta addımlarla məqbul səviyyəyə qədər arıqlaya və sağlamlığınızı qoruya bilərsiniz”, - deyə qeyd edib.

Çernışova davam edib ki, yağ kütləsini azaltmaq üçün aerobik məşqlər etməlisiniz: qaçış, gəzinti, velosiped sürmə, avarçəkmə. Bundan əlavə, o, arıqlayan zaman pəhrizə fikir verməyi tövsiyə edib. “Pəhrizdə kifayət qədər protein məhsulları olmalıdır və əzələlərin getməməsi üçün onları yükləmək, yəni fiziki fəaliyyətlə məşğul olmaq lazımdır”, - Çernışova deyib.

Mənbə: Lenta.ru 

Tərcümə etdi: Günel Məmmədova


Paylaş
Şərh əlavə et