Salamlaşma ölkələrə görə dəyişir. Bu yazıda hər ölkənin özünəməxsus salamlaşma üsulllarından danışacıq.
1. Filippin
Filippinlilərin böyüklərə hörmət göstərmək üçün "Mano" adlanan salamlaşma üsulu var. Özlərindən böyük olan insanların əllərini tutub alnına qoyaraq salam verirlər
2. Yaponiya
Yaponlar bir-birinə baş əyərək salam verirlər. Vəziyyətdən asılı olaraq duruşun müddəti və bucağı dəyişə bilər.
3. Hindistan
Hindistanda insanlar ''Namaste'' sözündən istifadə edərək salamlaşırlar. Onlar bu sözü əllərini yuxarı qaldıraraq və ovuclarını bir araya gətirməklə ifadə edirlər.
4. Tayland
Taylandlıların "wai'' adlandırdıqları salamlaşmaları, əslində, hindlilərə bənzəyir. Onlar baş barmaqlarını çənəyə, digər barmaq uclarını alına dəyəcək şəkildə başlarını əyərək salamlaşırlar.
5. Fransa
Fransada insanların salam vermək üçün bir-birinin yanağından öpməsi kifayətdir.
6. Yeni Zelandiya
Yeni Zelandiyanın Maori xalqı iki nəfərin burnunu və alnını sıxaraq salamlaşma ənənəsinə malikdir. Bu salamlaşma formasına "Hongi" deyilir.
7. Botsvana
Botsvanada salam vermək üçün bir neçə sadə jest etməlisiniz. Sol əlinizi sağ dirsəyinizə qoyun və salam vermək üçün sağ qolunuzu uzatın. Həmçinin Botsvanada "Necəsən?" sualı "Lae kae?" deməkdir.
8. Monqolustan
Monqolustanda qonaqlara “hada” (təntənəli yaylıq) adlanan hədiyyə verilir. Hər iki əl bir az yellənərək bir az əyilir.
9. Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanında insanlar, adətən, salamlaşmaq üçün burunlarını bir-birinə toxundurur və bir əlini digərinin çiyninə qoyurlar.
10. Tuvalu
Tuvalu Sakit Okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsidir. Xalqın ənənəvi salamı yanaqlarını bir-birinə yapışdırıb dərindən nəfəs almaqdır.
11. Yunanıstan
Yunanıstanda insanlar ancaq tanışlarının belinə və ya çiyninə toxunaraq salam verirlər.
12. Keniya
Keniyadakı Masai qəbiləsinin döyüşçüləri yeni gələnlər üçün rəqs mərasimi keçirirlər. Bir dairə təşkil edərək kimin ən yüksək tullana biləcəyinə qərar vermək üçün yarışırlar.
13. Malayziya
Malayziyalıla,r adətən, iki əllə bir-birinin barmaqlarına toxunduqdan sonra ovuclarını ürəklərinin üzərinə qoyurlar.
14. Tibet
Tibet xalqı 9-cu əsrdə yaşamış qəddar və qara dilli Tibet kralının reinkarnasiyası (ruhun bir bədəndən digər bir bədənə keçişini qəbul edən inanc) olmadıqlarını göstərmək üçün dillərini bir az çölə çıxarırlar.
Mənbə: haberturk.com
Tərcümə etdi: Lumu Zülfüqarova