
Məşq 24 saatdan çox idrak performansını yaxşılaşdırır, xüsusən də yaxşı yuxu ilə birlikdə olduqda. Yaşlı insanlar üzərində aparılan bir araşdırma fiziki fəaliyyət və dərin yuxunun daha yaxşı yaddaşla əlaqəli olduğunu göstərib və beyin sağlamlığı üçün aktiv həyat tərzinin vacibliyini vurğulayır.
London Universitet Kollecinin tədqiqatçıları jurnalda dərc etdikləri araşdırmada idmanın qısa müddətdə beynin funksiyalarını gücləndirdiyini və bu təsirlərin hətta növbəti günə qədər davam edə biləcəyini ortaya qoyurlar.
Laboratoriya şəraitində əvvəlki tədqiqatlar artıq göstərib ki, idrak performansı məşqdən sonra bir neçə saat ərzində yaxşılaşır. Lakin bu faydaların nə qədər davam etdiyi bəlli deyildi.
"Beynəlxalq davranış qidalanma və fiziki aktivlik" jurnalında dərc edilən bir araşdırma 50-83 yaş arası böyüklərin adi haldan daha orta və intensiv fiziki fəaliyyət göstərdikdən bir gün sonra yaddaş testlərində daha yaxşı performans göstərdiklərini göstərib.
Oturmağa daha az vaxt sərf edən və altı saat və ya daha çox yatanlar ertəsi gün yaddaş testlərində daha yüksək bal toplayıblar. Ürək döyüntüsünün yavaşladığı və təzyiqin aşağı düşdüyü sağalma mərhələsi olan dərin yuxu mərhələsinin də yaddaş prosesinə töhfə verdiyi müşahidə edilib. Tədqiqat qrupu qeyd edib ki, bu yuxu mərhələsi ertəsi gün məşq və daha yaxşı yaddaş arasındakı əlaqənin kiçik bir hissəsini izah edir.
Tədqiqat çərçivəsində 76 kişi və qadının 8 gün ərzində fəaliyyət izləmə cihazı taxması və hər gün idrak testləri ilə yaxlanmasş nəticəsində əldə edilən məlumatlar araşdırılıb. Tədqiqatın aparıcı müəllifi London Universitet Kollecinin Epidemiologiya və Sağlamlıq Xidmətləri İnstitutundan Dr. Mikaela Blumberq məlumatları belə izah edib:
Əldə etdiyimiz tapıntılar göstərir ki, fiziki fəaliyyətin qısamüddətli yaddaş faydaları əvvəllər düşünüldüyündən daha uzun sürə bilər, bəlkə də, bir neçə saat deyil, növbəti günə qədər davam edə bilər. Daha çox yatmaq, xüsusən də dərin yuxu bu yaddaşın yaxşılaşmasına kömək edir. Orta və ya intensiv fəaliyyət: sürətli yerimək, rəqs etmək və ya bir neçə pilləkən qalxmaq kimi ürək dərəcəsini artıran hər şey ola bilər. Bunun planlı bir məşq olması lazım deyil.
Qısa müddətdə məşq beyinə qan axınını artırır və norepinefrin və dopamin kimi idrak funksiyalarına kömək edən nörotransmitterlərin sərbəst buraxılmasına səbəb olur. Bu neyrokimyəvi dəyişikliklərin məşqdən sonra bir neçə saat davam etdiyi məlum olsa da, tədqiqatçılar idmanla əlaqəli digər beyin hallarının da daha uzun sürdüyünü qeyd ediblər. Məsələn, idmanın 24 saata qədər əhval-ruhiyyəni yaxşılaşdıra biləcəyinə dair sübutlar var.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Fatimə Hüseynova
