Bu gün:

Tünd şokoladın faydaları


Tünd şokoladın uzun bir tarixi var. İlk dəfə eramızdan əvvəl 1100-1400-cü illərdə Mayya və Aztek mədəniyyətlərində dərman kimi və ya mərasimlərdə istifadə edilmişdir.

İlk növbədə tünd şokolad idi, lakin zaman keçdikcə bu tünd şokoladla digər inqrediyentlər qarışdırıldıqda bazara südlü şokolad girdi. Həmin dövrdən sonra südlü şokolad müharibədə qalib gəlsə də, tünd şokolad 20-ci əsrin sonlarında yenidən populyarlığını qazanıb.


Tünd şokoladın faydaları 

 Alzheimer xəstəliyinə qarşı profilaktik təsir göstərdiyi, yaxşı xolesterini artırdığı və təzyiqi aşağı saldığı deyilir. Sınaqlarda isə şokoladın tərkibindəki polifenol və flavanol maddələrinə görə bir növ antioksidant kimi işlədiyi bildirilir. Bildirilir ki, bu maddələrin qəbulu ürək-damar xəstəlikləri, astma və şəkər xəstəliyinə tutulma şansını azaldır. Bir testdə, məsələn, həftədə 5 dəfədən çox tünd şokolad yemək ürək-damar xəstəliklərini 57% azaltmaqda davamlı olaraq təsirli idi. və başqa bir testdə ürək-damar xəstəliklərindən ölümləri 50% azaltdığı müşahidə edilmişdir. Bu son sınaq 15 yaşdan yuxarı 470 yaşlı kişi ilə aparılıb.


Qanın laxtalanmasının qarşısını aldığı deyilir. Araşdırmada bir test qrupuna 15 gün ərzində (sağlam qidalanma adı ilə) qara şokolad verilmiş və 15 gündən sonra təzyiqin aşağı düşdüyü müşahidə edilmişdir.


 Dərini günəş işığından qoruduğu deyilir. Bu nəticə 12 həftə tünd şokolad yeyən və sınaqdan keçənlərin günəşə qarşı immunitetlərini artırdığını göstərdi.


 Arıqlamağın daha asan olduğu müşahidə olunub. Bir qrupa 100 qram ağ şokolad, digər qrupa isə 100 qram qara şokolad verilib. Test müddətinin sonunda tünd şokoladın beta hüceyrələrini yaxşılaşdırdığı və buna görə də insulinə həssaslığı artırdığı görüldü. Səbəb tünd şokoladda polifenol, ağ şokoladda isə yoxdur.


Qaraciyərin yağlanmasının qarşısını alır. Qara şokoladın tərkibində çox miqdarda kakao olduğundan piylənmənin qarşısını almaq üçün belə xəstəliyi olan insanlar üçün faydalı olduğu müşahidə edilib. Feniletilamin kimi müxtəlif maddələr sayəsində daha yüksək xoşbəxtlik hissi verir.


Endorfin maddəsi sayəsində ağrı və stress hisslərini azaldır. Harvard Tibb Məktəbinin araşdırmasına görə, beyinə qan axını yaxşılaşdırır, yaddaş testini 30% artırır/yaxşılaşdırır, konsentrasiyanı artırır və problemləri daha asan həll edir.



Mənbə: BuzzFeed

Tərcümə etdi: Mina Yadigarlı


Paylaş
Şərh əlavə et