Bu gün:

Yaponların çox uzun yaşamasının 9 sirri


1. "Hara Hachi Bu" prinsipi

Yaponlar "Hara Hachi Bu" ifadəsini istifadə edirlər ki, bu da "mədənizin 80%-i dolana qədər yeyin" deməkdir. Bu prinsip, həddindən artıq yeməyin qarşısını alaraq sağlam çəki saxlamağa kömək edir.

2. İnkişaf etmiş səhiyyə sistemi

Yaponiyada doğumdan yetkinliyə qədər ciddi şəkildə tətbiq olunan peyvənd proqramları mövcuddur. Vətəndaşlar ümumi sağlamlıq sığortasına malikdirlər və müntəzəm tibbi müayinələrdən keçirlər. Bundan əlavə, duz istifadəsini azaltmaq və ya pulsuz vərəm müalicəsi kimi bizi sağlam həyat tərzinə cəlb edən kampaniyalar da mövcuddur. 

3. Yemək müddətinin qısaldılması

Yaponlar kiçik porsiyalarda və yavaş-yavaş yeməyi üstün tuturlar. Yeməklər kiçik boşqablarda təqdim edilir, ailələr birlikdə və xüsusi bir nizamla yemək yeyirlər. Masa arxasında televiziya izləməkdən və ya telefon istifadə etməkdən çəkinirlər. Yemək müddətini daha da qısaltmaq üçün isə yerə oturaraq və çubuqlardan istifadə edərək yemək yeyirlər. 

4. Sağlam qidalar

Yapon mətbəxi əsasən dəniz yosunu, mövsümi meyvələr, omega-3 ilə zəngin balıq, düyü, tam taxıllar, tofu, soya, miso, yaşıl tərəvəzlər və çiy tərəvəzlərdən ibarətdir. Bu qidalar daha az yağ və şəkərdən ibarət olmaqla yanaşı, vitamin və minerallarla zəngindir. Buna görə də, xərçəng və ürək xəstəlikləri riskini azaldır.

5. Çay içmə ənənəsi

Yaponlar çay içməyi çox sevirlər və bu, mədəniyyətlərinin bir hissəsidir. Xüsusilə, xüsusi olaraq yetişdirilən və işlənən, yüksək qida dəyərinə və antioksidantlara malik olan Matcha çayı içirlər. Bu qədim içki immun sistemini gücləndirir, xərçənglə mübarizəyə kömək edir, həzmi yaxşılaşdırır, enerji səviyyəsini artırır və qan təzyiqini tənzimləyir.

6. Gəzinti və fiziki aktivlik

Yaponlar hərəkətsiz həyat tərzindən qaçırlar. Çoxu yeriməyi və ya qatarla səyahət etməyi üstün tutur; əgər məsafə yaxınsa, nəqliyyat vasitəsi əvəzinə piyada getməyə üstünlük verirlər. Yerə oturmaq da Yaponlar üçün bir ənənədir. Diz üstə oturma pozası olan "Seiza"nı tez-tez edirlər ki, bu da bədənlərinin daha çevik olmasına kömək edir.

7. Genetik faktor

Bir çox nüfuzlu elmi jurnallar Yaponların uzun ömür sürmələrinə yaxşı səhiyyə xidmətləri və əla qidalanma ilə yanaşı, Yapon əhalisində geniş yayılmış iki gen (DNA 5178 və ND2-237Met genotipi) sayəsində genetik üstünlüyə sahib olduqlarını irəli sürürlər. Bu genlər, tip 2 diabet, insult, infarkt, serebrovaskulyar və kardiovaskulyar xəstəliklər riskini azaldır.

8. Yaşlılara düzgün qayğı

Yaponiyada yaşlı ailə üzvlərini qayğı evlərinə göndərməkdənsə, onlara evdə sevgi ilə baxmaq ənənəsi mövcuddur. Bu, yaşlıların özlərini dəyərli və sevilən hiss etmələrinə kömək edir.

9. "Ikigai" fəlsəfəsi

Yaponlar uzun ömürlərinin sirrini "ikigai" adlandırırlar. Bu, səhərlər sizi yataqdan qaldıran, həyatınızı mənalı edən şeydir. Bu fəlsəfə, insanlara xoşbəxtlik gətirən bir məqsəd uğrunda yaşamağı tövsiyə edir.

Bu həyat tərzi və prinsiplər Yaponların uzun və sağlam ömür sürmələrinə kömək edir. 

Mənbə: Ntv haber

Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et