Bu gün:

Ölkə adlarının mənaları və hekayələri


Ölkələrin adları və mənaları haqqında heç düşünmüsünüzmü? Hər ölkənin adının mənası və hekayəsi var. Biz sizə ölkələrin adlarını və mənalarının haradan gəldiyini izah edəcəyik. “Hansı ad hansı ölkəyə aiddir?”, “Ölkələrin adları və mənaları nədir?”, “Ölkələrin adları haradan gəlir?” kimi sualların cavablarını bu materialda tapa biləcəksiniz. 

Hər kəsi maraqlandıran ölkələrin adlarının mənaları:

1. Türkiyə

Türk sözünü ilk dəfə Orta Asiyada Göktürklər işlədiblər. Almanlar bölgəni “Turkei”, fransızlar isə “Turquie” adlandırırdılar. Hətta Osmanlı İmperatorluğu bəzi dövlətlər tərəfindən “Türkiyə” və ya “Türkiyə İmperiyası” adlandırılmış və bölgədə qurulacaq yeni ölkənin adının “Türkiyə” olmasına qərar verilmişdir. 

2. Fransa

Fransanın adı keçmişdə bölgədə yaşamış franklardan gəlir. Franklar fransızların əcdadları kimi tanınır. 

3. Ukrayna

Ukrayna "sərhəd" deməkdir. Rusların qərbdəki ən mühüm sərhədləri Ukrayna üzərində yerləşdiyi üçün bu adı aldığı güman edilir. 

4. Yaponiya

Uzun illər əvvəl Yaponiyanın yerli xalqı öz ölkələrini “Nippon” adlandırırdılar, bu da günəşin doğduğu ölkə mənasını verir. Nippon sözü çin dilindən tərcümədə "yapuen" deməkdir. Yapuen illər ərzində "Yaponiya"ya çevrildi. 

5. Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı adını 18-ci əsrdən bəri ölkəyə hakim olan və krallığı formalaşdıran "Səud" ailəsindən almışdır. Səudiyyə, əslində, bir ailə adıdır. 

6. Boliviya

Boliviya ölkəsi ölkənin ilk prezidenti, azadlıq döyüşçüsü kimi tanınan Simon Bolivarın adını daşıyır. 

7. Əlcəzair

Əlcəzairin ölkəsinin  adının ərəbcədə yarımada mənasını verən "cezire" sözündən gəldiyi düşünülür.

8. Livan

Livan "Ağ Dağlar" deməkdir. Ölkə ərazisindəki dağlara yağan qar 12 ay ərzində ərimədiyi üçün ölkə Livan adlandırılıb. 

9. Yəmən

Yəmən adının mənşəyi ərəb dilindən gəlir. Ərəbcə “And” mənasını verən söz, həm də “xoşbəxt” və “qanun” deməkdir. 

10. Pakistan

Pakistan saf insanların ölkəsi, yəni təmiz insanların ölkəsi deməkdir. Həm də bu adın başqa bir məqsədi daha var. Dünyanın təmizlənmə dövrünün Pakistanda başlanacağı düşünülür və bu ad verilir.

Mənbə: neoldu.com 

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et