24media.az-ın budəfəki qonağı plastik cərrah Ziyad Abdullayevdir. O, dolğu prosedurlarının mənfi nəticələrindən danışıb.
-Dolğu etdirmək və digər kosmetik prosedurlarla əlaqədər qarşılaşılan neqativ nəticələr nələrdir və bu nəticələrin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Dolğu prosedurları, xüsusilə, burun dolğuları, son illərdə geniş yayılan estetik müdaxilələrdən biridir. Lakin bu prosedurlar riskli olub, aşağıdakı mənfi nəticələrə səbəb ola bilər:
1. Prosedur zamanı və ya sonrasında narahatlıq və ağrı hissi;
2. İnfeksiya (irinləmə);
3. Şişlik və göyərmə;
4. Dolğuya qarşı allergik reaksiya;
5. Dəri altında şişliklər və düyünlər;
6. Dəri rəngində dəyişikliklər;
7. Nəfəs alma çətinliyi;
8. Asimmetriya;
9. Burun nekrozu;
Bu risklərin qarşısını almaq üçün
insanlar məlumatlandırılmalı, xaricdən gətirilən dolğuların keyfiyyətinə nəzarət olunmalıdır.
Ümumilikdə, burun dolğuları xüsusi diqqət və təcrübə tələb edən bir prosedur olduğundan, bu cür müdaxilələrə ehtiyatla yanaşmaq lazımdır, lakin digər nahiyələrdə keyfiyyətli və təbii dolğular istifadə olunarsa, nəticələr daha təhlükəsiz ola bilər.
Səmayə Qədirova
