Bu gün:

Mənfi düşüncələrdən necə qurtulmaq olar?


Müasir dünyanın tükənməz tempi insanları daxili dünyaları ilə daha çox üz-üzə qoyur. Stress, uzun iş saatləri, ailə problemləri, itkilər və bəzi münasibətlərin sonlanması kimi amillər insanların gələcəklə bağlı narahatlıq keçirməsinə və nəticədə təşvişin artmasına səbəb olur. Lakin beyin məşqçisi Emilie Leyes-a görə, neqativ düşüncə vərdişlərindən xilas olmaq elə də çətin deyil.


Beyin məşqçiliyi nədir?

Beyin məşqçiliyi, uşaqlar və ya böyüklər üçün bilişsel qabiliyyətləri artırmağa yönəlmiş texnikaların tətbiq edilməsini təmin edən bir peşədir. Emilie Leyes, illərlə bir çox insana bu sahədə kömək etdiyini və təcrübələrini TikTok-da paylaşaraq “Olumsuz düşüncələrdən necə qurtulmaq olar?” sualına cavab verdiyini bildirir.


“Quraşdırma” texnikası ilə neqativ düşüncələrdən azad olun

Emilie Leyes “quraşdırma” adlanan texnikanın onun həyatını dəyişdirdiyini deyir. Bu texnika ilə beynin neqativ düşüncələri təkrarlamasını dayandırmaq mümkün olduğunu və həyatında hər şeyin müsbətə doğru dəyişdiyini vurğulayır.


İnsanlar niyə neqativ düşüncələrə daha çox fokuslanır?

Təbii olaraq insanlar neqativ düşüncələrə daha çox diqqət yetirir. Məsələn, iş yerində aldığınız bir tənqidi, çoxsaylı müsbət fikirlərin arasında daha çox xatırlaya bilərsiniz. Keçmişdə bu, təhlükələrdən qaçmağı öyrənmək üçün təbii bir müdafiə mexanizmi kimi qəbul edilirdi. Lakin müasir dövrdə bu cür düşüncə tərzi kiçik problemlərə həddindən artıq reaksiya verməyə və ümumi pessimizmə səbəb ola bilər.


“Quraşdırma” texnikası necə işləyir?

Bu texnika nevropsixoloq Dr. Rick Hanson tərəfindən hazırlanmışdır. Onun fikrincə, öyrənmə prosesi iki mərhələdən ibarətdir: aktivasiya və quraşdırma. Aktivasiya mərhələsində, biz yaxşı və ya pis bir təcrübə yaşayırıq. Quraşdırma mərhələsində isə bu təcrübənin yaddaşımızda qalıcı olmasını təmin edirik.


Olumlu təcrübələri necə gücləndirmək olar?

Olumlu təcrübələri qalıcı etmək üçün şüurlu səy göstərmək lazımdır. Bu, məsələn, ləzzətli bir yemək yemək, xoş bir gündə gəzintiyə çıxmaq və ya dostunuzla şən bir söhbət etmək ola bilər. Dr. Hanson-un tövsiyəsinə görə, bu müsbət təcrübəni 5-10 saniyə boyunca xatırlamalısınız.


Bu texnika sayəsində yalnız o anın dadını çıxarmaqla qalmayacaq, eyni zamanda beyninizi gələcəkdə daha çox müsbət təcrübələrə fokuslanmağa hazır edəcəksiniz. Dr. Hanson-un dediyi kimi: “Bu üsul yalnız müsbət anlar yaşamaq üçün deyil, həm də beyninizi daha optimist bir yanaşmaya hazırlamaq üçün təsirli bir vasitədir.”


Mənbə: NTV

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et