Bu gün:

Qəzetlərə marağın artırılması


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdır. O, qəzetlər barəsində danışıb.

-Azərbaycanda qəzetə marağı artırmaq mümkündürmü? 

Mümkündür. Sadəcə, qəzetin artıq yalnız xəbər daşıyıcısı deyil, əslində,  xəbərlərin təhlilini verən, analitik yazıların daşıyıcısı olduğunu anlamaq lazımdır.
 İlk növbədə, söz və ifadə azadlığı olmalıdır, yəni oxucunu maraqlandırmaq lazımdır. Qəzetlərə maliyyə müstəqilliyi üçün şərait yaradılmasını təmin etmək zəruridir. Satış şəbəkəsi bərpa edilməli və dürüst işləməlidir. Reklam bazarı tənzimlənməlidir. İqtisadiyyatda inhisarçılığa son qoyulmalıdır. ƏDV götürülməli, reklam verən şirkətlərə reklam xərclərini ümumi xərclərə daxil etməyə icazə verilməlidir. Bu ilkin və ən vacib məsələlərdir.


Fidan Əlizadə

Paylaş
Şərh əlavə et