Bu gün:

Gündə 216 kalori azaltmaq piylənmə riskini azaldır


Yeni bir araşdırmaya görə, kilolu insanlar üçün gündə 216 kalorinin azaldılması Böyük Britaniyada piylənmə səviyyəsini yarıya endirmək üçün kifayət edə bilər. Cəmiyyətdə piylənmə nisbəti artarkən araşdırmalar göstərir ki, artıq çəki ilə mübarizə üçün gün ərzində sadə bir kalori məhdudlaşdırılması kifayətdir. 

Sosial yaxşılığa xidmət edən bir innovasiya agentliyi tərəfindən yayımlanan məlumatlara görə, böyüklərin təxminən 28%-də müşahidə olunan piylənmə tendensiyası gündə 216 kalori azaltmaqla geri qaytarıla bilər. Həmçinin qeyd edilib ki, bu tədqiqat Böyük Britaniya Milli Səhiyyə Xidmətlərinə hər il 3,25 milyard funt-sterlinqə qənaət edəcək.

Məsuliyyət təkcə çəkili insanlarda deyil

216 kalori təxminən bir qutu kola, böyük latte, bir stəkan pivə və kiçik bir paket çipsə bərabərdir. Nesta tərəfindən aparılan araşdırmanı şərh edən bir mütəxəssis bildirib ki,-“Gündəlik kalorilərdə davamlı azalmalar, artıq çəkidən əziyyət çəkən və ya piylənmə ilə yaşayan insanlar üçün kifayət ola bilər. Lakin bütün məsuliyyəti ayrı-ayrı şəxslərin üzərinə qoymaq düzgün olmaz”.

Mütəxəsislər qeyd ediblər ki,-“Qida istehsalçılarının, satıcıların reseptlərini, bişirmə üsullarını, porsiya ölçülərini və promosyonlarını dəyişməyə ehtiyacımız var. Hazır və dondurulmuş qidalarda, hətta kiçik, görünməz dəyişikliklər etmək belə, kaloriləri azaltmağa imkan verərək piylənmə ilə mübarizə aparmağa kömək edə bilər".

Bu tövsiyələrə əməl etməzdən əvvəl həkiminizlə məsləhətləşməyinizi tövsiyə edirik.

Mənbə: Sözcü

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et