Bu gün:

Lift nə zaman yaranıb?


Liftin yazılı tarixi eramızdan əvvəl III əsrə gedib çıxır. Roma saraylarında xidmət göstərən ilk lift Arximet tərəfindən dizayn edilmişdir. Həmin lift qalalarda darvaza kimi istifadə olunurdu. 

Sənaye inqilabının başlaması ilə binalar yüksəldi, fabriklərdə liftlərə ehtiyac tədricən artdı. İlk şaquli qaldırıcı sistemin dəyişdirilməsi və inkişafı XIX əsrdə, 1850-1860-cı illər arasında İngiltərədəki Amerika Sənayesi ilə işləyən tekstil fabriklərində baş verdi. Bu inkişaflardan sonra sənaye, ticarət və ictimaiyyət tərəfindən istifadə olunmağa başladı.

Yaşayış yerlərində ilk lift 1857-ci ildə Nyu-Yorkda istifadə edilmişdir. Buxarla işləyən lift 1880-ci ildə elektrik lifti ilə əvəz edilmişdir.

İlk sərnişin daşıyan lift 1743-cü ildə kral XV Luisin istəyi ilə Versal sarayında tikilmişdir. Kral sevgilisi Miss Chateauroux üçün yuxarıda otaq hazırlamışdı. O öz mənzilindən yuxarı mərtəbəyə daha tez çıxmaq üçün lift layihəsini həyata keçirmişdi. “Uçan kürsü” adlanan ilk lift müəyyən çəki balansı ilə hərəkət edir və insan gücü ilə işləyirdi.

Biznes mərkəzində yerləşdirilən ilk lift Elisa Geaves OTIS tərəfindən tikilib. Bu lift 1857-ci il martın 23-də Nyu-Yorkun Broadvey qəsəbəsindəki beşmərtəbəli binada quraşdırılıb. Əvvəllər yük liftləri istehsal edən OTIS, insanları daşımaq üçün ilk liftləri də istehsal etdi. Brodveydə yerləşdirilən liftin 300 dollara başa gəldiyi bildirilir.

Mənbə: Himellift

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et