Bu gün:

Dünyanın ilk universiteti harada və nə vaxt yaradılıb?


Dünyanın ilk universiteti Abbasilər dövründə Bağdadda yaradılmışdır. 750-ci ildə Əməvilər dövlətini darmadağın edən Abbasilər dövlətində İslam mədəniyyəti və incəsənəti inkişaf etmişdir. Eyni zamanda, riyaziyyat, astronomiya, məntiq və həndəsə kimi təməl elmlərə aid çoxlu araşdırmalar aparılmışdır.

Bunun ən böyük səbəbi Abbasilər dövründə yaradılmış təhsil ocaqlarının çoxluğudur. İlk qurulan universitet indiki adı ilə Harran Universitetidir. Bu təhsil ocağında indiki kimi çoxlu müxtəlif şöbələr fəaliyyət göstərirdi. İlahiyyat şöbəsində kəlam, fiqh, hədis kimi İslam elmləri tədris olunurdu.

Harun Rəşidin xəlifə olduğu dövrdə Harran Universitetində texniki elmlər tədris olunmağa başladı. Bunlardan başlıcası riyaziyyat və astronomiya kimi elm sahələri idi. O dövrdə Harran Universitetində təhsil alan bir çox tələbələr həm dünyəvi, həm də İslam elmləri üzrə əsərlər ərsəyə gətirirdilər. Bu əsərlər latın, italyan və ingilis dillərinə tərcümə edilmişdir.

XII əsrdən tibb təhsili verən bu  məktəbi minlərlə şagird bitirdi. Universitet XIII əsrdə monqollar tərəfindən işğal edilmiş, Bağdad şəhəri ilə birlikdə dağıdılmışdı. Osmanlı dövründə dəfələrlə bərpa edilən universitet bu gün Türkiyə sərhədləri daxilindədir.

Mənbə: Hürriyət

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et