Bu gün:

Uşaqlara verilməməli qidalar


Sağlam qidalanmaq hər şey balansdan ibarətdir. Məsələn, uşaqlarımızın yeməklərinə duz, şəkər əlavə etməyə ehtiyac yoxdur yaxud uşaqlarımızın sağlamlığı üçün təhlükəsiz sayılmayan və ya alternativlərlə müqayisədə ikinci dərəcəli seçim olması lazım olan müəyyən qida və içkilər var.

Bal

Balın 12-ci aydan öncə yeyilməsi uşaqlarda botulizm adlanan ciddi qida zəhərlənməsinə səbəb ola bilər. Buna görə də bir yaşına çatmazdan əvvəl körpənizə bal və ya bal ilə qatıq, taxıl, kraker və s. kimi bal tərkibli qidalar verməməlisiniz

Süd və süd məhsulları

Süd, qatıq və ya pendir kimi pasterizə edilməmiş qidalar və ya içkilər uşağınızı ağır həzm etməsinə səbəb ola biləcək bakteriyalara məruz qoya bilər. Buna görə də, çiy süd kimi pasterizə edilməmiş məhsulları uşağınızın pəhrizindən çıxarmalısınız.

Şəkər

Uşaqlara şəkərlə zənginləşdirilmiş qidalar, aşağı və ya kalorisiz dadlandırıcılar tövsiyə edilmir. Köşk rəflərindəki qəlyanaltıların, ətirli qatıqların və peçenyelərin çoxunda əlavə şəkər var. 24 aydan kiçik uşaqlar bu cür qidalardan uzaq saxlanılmalıdır.

İçkilər

Şəkərlə şirinləşdirilmiş içkilər (məsələn, soda, qazlı içkilər, ətirli südlər, idman içkiləri, ətirli sular, meyvə şirələri) böyük miqdarda şəkər ehtiva edir. Bu içkilər 100% meyvə şirələrindən ayrı saxlanılmalıdır. Yenə də unutmayın ki, 24 aydan kiçik uşaqlar əlavə şəkərdən uzaq durmalıdırlar.

Konservlər

Salam, kolbasa kimi işlənmiş ətlər və dondurulmuş hazır yeməklər kimi yüksək duzlu qidalar uşaqlar üçün qaçınılmalı olan qidalardır. Uşaqlar üçün  bəzi qəlyanaltılar və hazır yeməklər də yüksək miqdarda natrium ehtiva edə bilər.

Balıq

Skumbriya, marlin, köpək balığı, qılınc balığı, irigöz tuna kimi yüksək civə tərkibli balıqlardan qaçınmaq son dərəcə vacibdir. Merkuri uzun müddət ərzində az miqdarda da olsa, beyinə və sinir sisteminə çox zərər verə bilən bir maddədir. Ancaq unutmayın ki, uşaqların qida rasionunda civə istifadəsinin qarşısını almaq vacib olduğu kimi, uşaqların da tərkibində civə az olan balıqlardan istifadə etməsi vacibdir.

İnək südü

12 aydan əvvəl inək südü körpənizi bağırsaq qanaxması riski ilə qarşı-qarşıya qoya bilər. Bundan əlavə, inək südü körpənizin böyrəklərinin asanlıqla həzm edə bilməyəcəyi miqdarda protein və mineral ehtiva edir. 

Meyvə-tərəvəz suları

12 aydan əvvəl meyvə və tərəvəz şirələri tövsiyə edilmir. Yaşına çatmış uşaqlar üçün kritik sayılmasa da, uşağa gündə 120 ml 100% tərəvəz və ya meyvə şirəsi verilməsinin heç bir zərəri yoxdur. Nəzərə alın ki, ərzaq mağazalarında satılan meyvə içkilərində, şirələrdə və meyvə ətirli içkilərdə əlavə şəkər var. O da məlumdur ki, meyvə şirələri yerinə meyvənin özünü istifadə etmək daha sağlam bir seçimdir.

Kofeinli içkilər

Kofeinli içkilər, sərinləşdirici içkilər, çay, qəhvə və ya enerji içkiləri 2 yaşdan kiçik uşaqlardan uzaq saxlanılmalıdır. Təəssüf ki, gənc uşaqlarda kofein istehlakının nə qədər olması barədə razılaşdırılmış məlumat yoxdur. Qəhvə vərdişinizi uşaqlarınıza ötürməyin başlıqlı xəbəri oxumaq üçün tıklayın .

Mənbə: Habertürk

Tərcümə etdi: Namiq Atamalıyev 

Paylaş
Şərh əlavə et