Bu gün:

Gecə yatmaqda çətinlik çəkirsinizsə, bunu sınayın


Yuxu mütəxəssisi yuxuya getməkdə çətinlik çəkən insanların tətbiq edə biləcəyi son dərəcə sadə və təsirli üsulları paylaşıb.

Yuxuya getməkdə çətinlik çəkən birisinizsə, yəqin ki, işıqsız otaqda yatmaq və ya yatmazdan əvvəl ağır yeməklərdən qaçınmaq kimi üsulları sınamısınız.

Lakin nevroloq və yuxu mütəxəssisi Dr. Chris Winter deyir ki, insanların çoxunun gözdən qaçırdığı çox vacib bir şey var: yataq otağınızın istiliyi.

Daily Mail-in xəbərinə görə, Dr. Winter otağı gecələr sərin saxlamağın böyük fərq yaratdığını deyib.

Yuxu Fondu bədənin daha tez yuxuya getməsinə kömək etmək üçün yataq otağınızı 15-20 dərəcə arasında saxlamağı tövsiyə edir. Müqayisə üçün qeyd edək ki, evdə orta temperatur adətən 24-27 dərəcə aralığında olur.

Bədən öz ehtiyacını görür.

Səhər oyanıb ayaqlarınızın yorğan altından çıxdığını görsəniz, bunun səbəbi bədəninizin təbii olaraq temperaturu tənzimləməyə çalışmasıdır.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin rəqəmlərinə görə, amerikalıların, təxminən, üçdə biri gecə ən azı yeddi saat belə yatmır.

Yuxu çatışmazlığı davamlı olaraq ürək, böyrək xəstəliyi, yüksək qan təzyiqi, diabet, insult, piylənmə və depressiya kimi xroniki sağlamlıq problemləri ilə əlaqələndirilir. Yataq otağınızın temperaturunu azaltmaq bu riskləri azaltmağa kömək edə bilər.

Dr. Winter: "Düşünürəm ki, iş və ya yaşayış mühitini gündüz nisbətən isti, gecə isə daha sərin saxlamağın nəticələri bir çox insanları təəccübləndirib böyük fərq yaradacaq".

Mənbə: Sözcü gazetesi

Tərcümə etdi: Lumu Zülfüqarova 

Paylaş
Şərh əlavə et