Bu gün:

Mavritaniyada təhqiramiz ənənə: Qızları zorla kökəldərək evləndirirlər


Afrika ölkəsi Mavritaniyada maraqlı bir ənənə var. Bu ölkədə zəif qadınlar ailə qura bilməz, hətta cəmiyyət onları gözəl hesab etmir. Əvvəlcə qəribə bir gözəllik standartı kimi görünsə də, vəziyyət bundan daha pisdir, çünki gənc qızlara bu barədə çox təzyiq var. Hətta gənc qızları özləri həyat yoldaşı tapmaları üçün kökəlməyə məcbur edən “məcburi qidalandırıcılar” adlı peşə qrupu belə var. 

Onlardan biri olan Elhacen adlı şəxs işindən qürur duyduğunu deyir və deyir: Mən çox sərtəm. Qızları döyürəm və ya ayaq barmaqlarının arasına çubuq sıxışdıraraq işgəncə verirəm. Onları təcrid edib deyirəm ki, arıq qadınlar aşağıdırlar.

Ölkədə arıq qadın olmaq; zəiflik statusu kimi görülür və insanlar bunu qadının əri tərəfindən qidalandırılmamasının əlaməti kimi qəbul edirlər.

Bu artıqlıq hələ uşaq olanda başlayır. 5 yaşında olan qızlara darı və dəvə südü kimi kalorili qidalar verilir. Uşaqlar anaları və ya məcburi qidalandırıcılar tərəfindən nəzarət altında saxlanılır.

Bir qız gündə 16 min kalori yeməyə məcbur edilə bilər. İmtina edənlər üçün ağır cəzalar və hətta işgəncə adlandırıla bilən qəddar üsullar var.

2013-cü ildə aparılan bir araşdırma, buna məruz qalan qızların 61 faizindən çoxunun döyüldüyünü, 29 faizinin isə iştirakını təşviq etmək üçün barmaqlarını sındırıldığını göstərdi.

Sonda kökəlməklə evlənməyə “layiq” olan qadınların macərası da bununla bitmir. Bu dəfə qeyri-sağlam qidalanma və artıq çəki ilə gələn sağlamlıq problemləri ortaya çıxır.

Bu təcrübə ölkənin mərkəzi rayonlarında kənd yerləri ilə müqayisədə daha az tətbiq olunur. Ancaq kənd yerlərində yaşayan qızların bu təcrübədən qaçmaq şansı yoxdur.

Mənbə: HaberTürk Gazetesi 

Tərcümə etdi: Lumu Zülfüqarova 

Paylaş
Şərh əlavə et