Bu gün:

Cəhənnəm qapısı haqqında 10 təəccüb doğuran məlumat


Qaraqum səhrasında yerləşən Cəhənnəm qapısı 50 ildir ki, sönmədən yanır. Ölkə ərazisinin 70%-ni əhatə edən səhrada yerləşən Cəhənnəm Qapısı bir çox yerli və xarici turistlərin diqqətini çəkir. Darvaza çuxuru kimi də tanınan bu çuxur tamamilə realdır, heç bir qorxu filmindən səhnə deyil. Bu yazıda onun haqqında təəccüblü faktlardan bəhs edəcəyik.

Budur, “Cəhənnəm çuxuru” olaraq da bilinən Cəhənnəm Qapısı haqqında bilinməyənlər:

1. Türkmənlər tərəfindən Cəhənnəm Qapısı adlandırılan bu krater 1967-ci ildə təbii qaz qazma işinin çökməsi nəticəsində yaranıb. Əslində, bu iş zamanı bir çox işçilər həyatını itirdi.

2. Bu, Türkmənistanın 70%-ni əhatə edən, 350 min kvadrat kilometr ərazisi olan Qaraqum səhrasında görənləri dəhşətə gətirən nəhəng bir çuxurdur.

3. Türkmən geoloqları hesab edirlər ki, krater qazma zamanı su ilə təmas nəticəsində, yəni yeraltı əhəngdaşı kimi mədənlərin əriməsindən yaranıb.

4. Bəzi geoloqlar köhnə məlumatlara əsaslanaraq bu zondlamanın yeraltı mağarada aparıldığını iddia edirlər. Bu, dəhşətli səhv kimi qiymətləndirilir.

5. Xarici turistlərin böyük marağı nəticəsində, bu nəhəng yanan çuxur haqqında sənədli film çəkilib. Amerika televiziyasında yayımlandıqdan sonra “Cəhənnəm qapısı”nın şöhrəti dünyaya yayılıb.

6. Daim yanan və gecələr alovu yüzlərlə metr uzaqdan görünən kraterin səsi yüzlərlə metr uzaqdan da eşidilir.

7. Ümumiyyətlə, kraterin yanına yaxınlaşılmasa da, xüsusilə, küləkli havada onun uzağında belə olmaq çox təhlükəli vəziyyətlərə səbəb ola bilər. 

8. Mütəxəssislər təbii qaz sızdıran bu cür yerlərin bağlanmadığını, bağlansa belə, yığılan təbii qazın zamanla partlaya biləcəyini bildirirlər.

9. Bu bölgəyə yaxın başqa bir kraterdə yeraltı sular yığılıb.

10. Məşhur kəşfiyyatçı Corc Kurunis və komandası cəhənnəm çuxuruna ilk girən insanlardır. George Kourounis daha əvvəl komandası ilə birlikdə Vanuatuda aktiv bir vulkanın ağzına enib bütün risklərə baxmayaraq, lavanı görməyi bacarmışdı. Beləliklə, komanda aktiv bir vulkana yaxınlaşa bilən ilk insanlardan oldu.

Mənbə: neoldu.com

Tərcümə etdi: Lumu Zülfüqarova

Paylaş
Şərh əlavə et