Bu gün:

Yunan mifologiyasında tanrıların hədiyyəsi olan Pandora


Pandora Yunan mifologiyasında Zevs tərəfindən yaradılan ilk qadın hesab olunur. Pandora adının mənası "tanrıların hədiyyəsi" deməkdir.

Pandoranın yaranması Prometeyin hekayəsi ilə əlaqəlidir. Prometey tanrılardan od oğurlayıb insanlara verməsi nəticəsində, Zevs tərəfindən Qafqaz dağındakı qayaya zəncirlə vurularaq cəzalandırılır. Ancaq Prometeyin bu qədər böyük cəza almasının başqa səbəbləri də var idi.

Bir gün Prometey böyük bir öküz kəsdi və onun hissələrini bir yerə yığdı. Öküzün sümüklərini başqa tərəfə yığaraq üstünə gözəl görünən yağ parçası ilə örtdü. Zevslə qarşılaşdığı zaman ona iki yığın ətdən birini seçməyi təklif etdi. Təbii ki, Zevs yağla örtülmüş yığını seçdi və lakin içində sümükləri görəndə məyus oldu. Bundan sonra Zevs çox qəzəblənir və onlar arasında düşmənçilik başlayır.

Prometey cəzasını çəkərkən tanrılar tərəfindən göndərilən bir qartal hər gün Prometeyin yanına gedərək onun ciyərini yeyirdi. Prometeyin ciyəri hər gün özünü yeniləyirək bərpa edirdi. Bu vəziyyət günlərlə davam etsə də, heç kim Prometeyi xilas etməyə gəlmədi.

Bu qəzəb və tamah nəticəsində, tanrıların hədiyyəsi olan Pandora yarandı. Bütün tanrılar Pandoranı hörüklər, çiçəklər və örtüklərlə bəzədilər. Afina Pandoranın bədənini zövq oxşuyacaq gözəllikdə yaratdı. Afrodita bu ilahənin üzünə gözəllik və qarşısıalınmaz bir arzu təqdim etdi. Hermes isə Pandoraya insanları aldatmaq gücü verdi.

Zevs Pandoraya bir qutu hədiyyə etdi. Bütün tanrılar bu qutuya insanların heç vaxt bilmədiyi və yaşamadığı xəstəlikləri, ağrıları, pislikləri və kədərləri bəxş etdi.

Bütün tanrılar Pandoraya verilən təlimata əsasən, bu qutunu heç vaxt açmamalı idi. Tanrılar Pandoraya qutunu açmamağı desələr də, Zevs Pandoranın qutunu açacağını bilirdi. Bu gözəllik və şər ilahəsi yerə endirildikdən sonra, Zevs Pandoranı Prometeyin qardaşı Epimeteyə təqdim etdi.

Prometey qardaşını Zevsdən heç nə qəbul etməməyi xəbərdar etsə də, Epimetey Pandoranın gözəlliyi qarşısında bu sözləri unutmuşdu. Pandoranı qəbul etdi və onunla evləndi.

Pandoranın başına gələn hər şey onun marağından irəli gəlirdi. Daim tanrılar tərəfindən qutunu açmamağı əmrini alan Pandora qutunun içində nə olduğuna dair maraq göstərməyə başladı.

Nəhayət ki, Pandora sirli qutunu açdı. Qutunu  açılması ilə xəstəliklər, ağrılar, kədərlər və pisliklər dünyaya yayıldı.

Qutunun içindən dünyaya yayılan ağrı, kədər və xəstəliklər Pandoranın bütün bəşəriyyəti lənətləməkdə ittiham olunmasına səbəb oldu. Qutuda bircə şey qalmışdı, o da ümid idi.

Pandora qutunu açdıqdan sonra sevinc və xoşbəxtliyin üzərinə böyük bir zülmət çökdü. Xoşbəxtliyin yerini isə zülmət tutdu.


Mənbə: Onedio.com

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et