Bu gün:

Üç meymunun mənası və hekayəsi nədir?


Biri gözlərini, biri qulaqlarını, digəri isə ağzını əlləri ilə bağlayan üç meymun fiquruna tez-tez rast gəlirik. Yapon mənşəli bu fiqurdakı meymunların adları, Mizaru, Kikazaru və İvazarudur. Yapon dilində müvafiq olaraq görməmək, eşitməmək və şeytanla danışmamaq mənasını verir.

Yapon dilində "saru" həm meymun mənasını verən ad, həm də özündən sonra gələn sözün inkar şəkilçisidir. Müxtəlif mənalarına baxmayaraq, eyni tələffüz edilir və sözlə birləşdikdə saru sözü zaru olur. Deməli, Mizaru həm görən meymun, həm də görməyən deməkdir.

Üç meymun ilk dəfə Yaponiyada 17-ci əsrdə ölkədəki vətəndaş müharibəsini bitirməklə məşhur olan Tokuqavanın xatirəsinə tikilmiş abidənin ön hissəsində taxtadan oyma fiqurlar arasında görünür.

Görməyən, eşitməyən və danışa bilməyən meymunlar ilk dəfə Yaponiyada görülsə də, 8-ci əsrdə Hindistanda meydana gəldiyi və buddist rahiblər vasitəsilə əvvəlcə Çinə, sonra isə Yaponiyaya keçdiyi güman edilir. Hindistandakı mənşəyi "görməsək, eşitməsək, danışmasaq, şeytan bizə toxunmaz və bizə qarışmaz" kimi ümumiləşdirilə bilən Vadjra ideyasına əsaslanır.

Üç meymun fiqurunun tapıldığı Yaponiyanın Nikko şəhərində meymunlarla bağlı hekayə bir az fərqlidir...

Qədim zamanlarda dağın bir tərəfində yaxşı və ağıllı meymun padşah, digər tərəfində isə şeytan yaşayırdı. Kralın üç yaşlı, lakin çox ağıllı məsləhətçi meymunları var idi. Onların inancına görə, o biri yamacda yaşayan şeytanı görən və səsini eşidənlər əbədi olaraq lənətlənəcək. Bununla da, meymunlar səltənəti məhv olacaq. 

Bir gün bu üç məsləhətçi meymun padşahları üçün təpədə nadir çiçəklər axtararkən kolların arasından xışıltı eşitdilər. Maraqla kolları aralayıb baxanda şeytanla üz-üzə gəldilər. Şeytan isə öz çirkin səsi ilə qışqırmağa başladı. Meymunların birincisi görməmək üçün gözlərini yumdu, ancaq şeytanın səsini eşitdi. İkincisi qulaqlarını bağladı, amma şeytanı gördü. Üçüncüsü heç nə edə bilmədi, həm şeytanı gördü, həm də onun səsini eşitdi və bu ölümcül sirri heç kimə deməmək üçün dərhal ağzını bağladı. Ürəklərinin daşa dönəcəyini bilərək meşədə budaqları yerə dəyən söyüd ağacının altında gizləndilər. Orada saatlarla hərəkətsiz dayandılar. Gecə yarısı bir-birlərinə söz verdilər ki, bu sirri heç kimə deməyəcəklər, padşahlarını və xalqlarını təhlükəyə atmamaq üçün əlləri ilə yumduqları yerlərdən əllərini çəkməyəcəklər.

O gündən sonra insanlar hər dəfə gözləri, qulaqları və ağzı bağlı üç meymunu görəndə şeytanı görüb eşitdiklərini anladılar, ancaq cəmiyyət naminə bunu gizli saxladılar.

Mənbə: The Phrase Finder

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et