Bu gün:

Bu üsul "parkinson" xəstəliyi riskini dörddə bir azaldır


Fransada aparılan bir araşdırmaya görə, müntəzəm olaraq idman edən qadınların parkinson xəstəliyinə tutulma ehtimalı oturaq həyat tərzi keçirənlərə nisbətən 25 faiz daha azdır.

Fransanın paytaxtı Parisdəki Inserm Araşdırma Mərkəzinin alimləri əvvəlki araşdırmaların aktiv kişilərin parkinson xəstəliyinə tutulma ehtimalının hərəkətsiz kişilərə nisbətən 21 faiz daha az olduğunu, ancaq eyni şeyin qadınlara aid olub-olmadığına dair az araşdırma apardığını dedi.

"Times" qəzetinin yazdığına görə, eksperiment üçün orta yaşı 49 olan  95.354 qadın iştirakçı arasında sorğu keçirilib. Tədqiqatın əvvəlində heç birində Parkinson diaqnozu qoyulmayıb. Otuz il ərzində qadınlar izlənildilər və bu müddət ərzində 1074 qadında xəstəlik inkişaf etdi.

Fiziki fəaliyyət əhəmiyyət qazandı.

Tədqiqatçılar daha sonra fiziki fəaliyyət və Parkinson xəstəliyinin inkişaf riski arasındakı əlaqəni axtardılar. Qadınlar ən aktivdən ən az passivə qədər beş qrupa ayrıldı və tədqiqatçılar ən aktiv qrupda  25 faiz daha az parkinson xəstəliyi  aşkar etdilər.

Parkinson diaqnozundan 20 il əvvəl iştirakçıların fiziki aktivlik səviyyələrini qiymətləndirən elm adamları fiziki aktivliyin olmamasının onları xəstəlik inkişaf riski daha yüksək olduğu qənaətinə gəldilər.


Mənbə: sözcü

Tərcümə etdi: Aysu Əsədova 

Paylaş
Şərh əlavə et