Bu gün:

"Ulduzlu gecə" əsərini xüsusi edən nədir?


Vinsent van Qoqun məşhur ulduzlu gecəsi onun bu günə qədər yaratdığı ən böyük əsərlərdən biri hesab olunur. Rəsm sakit bir gecəni təsvir edir. Bugünkü şəhər həyat tərzində nadir rast gəlinən bu parlaq parıldayan ulduzlardan ibarət səma insanı özünə cəlb edir.

Rəsm insanın dərhal diqqətini çəkir və ona ilk dəfə baxdığınız zaman rəssamın fırçasının qıvrımları və dönüşləri bütün rəsm boyu gözlərinizi hərəkət etdirməyə kömək edir. Bu əsər insanı ovsunlayır. Belə bir möhtəşəm rəsmin kətana köçürülüb evdə divara asılması inanılmaz görünəcək.

Vincent van Gogh dünyanın ən tanınmış rəssamlarından biridir. Onun rəsmləri muzeylərin divarlarını bəzəyir. Əsərlərindən heç olmasa birini görməmiş olmazsınız. Post-impressionist Vincent van Qoq, şübhəsiz ki, bütün zamanların ən ikonik rəssamlarından biridir. Onun bir çox dünya şöhrətli rəsmləri arasında "Ulduzlu gecə" (1889) qısa karyerasının sonlarında çəkilmiş bir əsərdir. 

O, digər avanqard rəssamların yolunu açaraq  müasir incəsənətin təkamülündə əsas rolu oynayıb. Dərin təsirini başa düşmək üçün dəyəri 100 milyon dollardan çox olan bu sehrli şah əsərin kontekstini, məzmununu araşdırmaq lazımdır. 

Vinsent van Qoq “Ulduzlu gecə” əsərini ruhi xəstəxanada xəstə olarkən çəkib. Səmanın fırlanan kompozisiyası və melanxolik mavi rəng palitrası rəsmin bütün zamanların ən tanınan əsərlərindən birinə çevrilməsinə səbəb olub. 

Ulduzlu gecə dünyanın ən tanınan sənət əsərlərindən biridir. Bu əsəri köynəklər, fincanlar, dəsmallar və s. üzərində belə görmək olar. Rəssamın fikrincə, bu möhtəşəm sənət əsəri yaradıcısının şöhrətini belə üstələyib. 

Mənbə: Linkedin

Tərcümə etdi:  Gülay Orucova 


Paylaş
Şərh əlavə et