Bu gün:

İndiyə qədər insanlıq tarixində ən qorxulu 5 nüvə qəzası


Nüvə enerjisi yeni bir anlayış olsa da, bu günə qədər bir çox qəzalara səbəb olmuşdur. İnsanlıq tarixində nüvə enerjisinin tutduğu yer kifayət qədər qısadır. Kifayət qədər yeni texnologiya olsa da, indiyədək kiçik və böyük miqyaslı bir çox qəzaların baş verməsi gələcəklə bağlı çoxlu qeyri-dəqiq suallar yaradır.

İnsanlıq tarixində baş vermiş ən böyük 5 nüvə qəzası:

1. Three Mile Island qəzası, mart 1979, ABŞ.

Bu qəza nəticəsində ölənlərin və ya ciddi sağlamlıq problemlərinin olmadığı deyilsə də, qəza Amerika tarixinin ən dəhşətli nüvə hadisəsi oldu! Three Mile Island qəzası həm insan, həm də maşın səhvinin nəticəsi idi. Səhər saat 4 radələrində baş verən elektrik problemi nəticəsində nüvə kifayət qədər soyumayıb. 

Yaranan təzyiqi azaltmaq üçün təzyiq klapan açılıb, lakin yenidən bağlanmaması nəticəsində radioaktiv hava havaya sızmağa başlayıb. Nüvənin temperaturu 2371 dərəcəyə çatmışdı və az qala partlayış baş vermişdi. Qəza nəzarət altına alınarkən, 8 kilometr məsafədə olan bütün uşaqlar və hamilə qadınlar təxliyə edilib. Sonrakı araşdırmalara görə, qəza sağlamlığa böyük təsir göstərməyib.

2. Windscale, oktyabr 1957, İngiltərə.

İkinci Dünya Müharibəsindən sonra nüvə gücünə sahib olmaq istəyən İngiltərə öz silahlarını istehsal etmək üçün öz nüvə bazalarını yaradırdı və onlardan biri də Windscale idi. Bu, məxfi layihə olduğundan ictimaiyyət yaranan təhlükədən xəbərsiz idi. 16 saat davam edən yanğın nəticəsində radiasiya sızması olub. İngiltərə üçün xoşbəxtlikdən bu radiasiya daxili şəhərlərə deyil, İrlandiya dənizlərinə yönəldilmişdir.

Böyük Britaniyanın qəzadan sonra gördüyü yeganə tədbir ətrafdakı inəklərin südündəki radiasiya səviyyəsini ölçmək olub.Bu nəticələrə görə, təsirlənmiş süd atıldı və heç bir şey olmamış kimi normal həyat davam etdi.

3. SL-1, yanvar 1961, ABŞ.

Bu nüvə bazası ABŞ-da sınaqdan keçirilən 52 kiçik nüvə bazasından biri idi. 11 günlük fasilədən sonra geri qayıdan 22 yaşlı John A. Byrnes səhvən idarəetmə çubuğunu çox uzağa çəkdi və nüvə nüvəsinin nəzərdə tutulduğundan 6000 dəfə daha güclü istiləşməsinə səbəb oldu!

Partlayış və əmələ gələn buxar nəticəsində nüvə zirvəsi 3 metr hündürlüyə uçdu!

İçəridə olan 3 mühəndis anında ölsə də, başqa böyük təhlükə yox idi. Bundan əlavə, cəsədləri və qalıqları təmizləyən 790 işçi aşağı səviyyəli radiasiyaya məruz qalıb.

4. Fukushima Daiichi, Mart 2011, Yaponiya.

2011-ci ildə Yaponiyada 9,0 bal gücündə zəlzələ baş vermiş, nəticədə böyük sunami baş vermişdi. Fukusima Daiiçi atom elektrik stansiyası dalğaların mərkəzində idi və onun ehtiyat generatorları yox idi. Enerji olmadan həddindən artıq qızdı və bu, stansiyadakı 4 reaktordan 3-də ərimələrə səbəb oldu və hidrogen partlayışları da baş verdi.

Yaponiya hökuməti təcili evakuasiya əmri verdi.

160 000 insanın təxliyəsi zamanı panika nəticəsində ən azı 2300 nəfərin öldüyü təxmin edilir. Sonrakı araşdırmalarda böyük bir radioaktiv sızma olmadığı müəyyən edildi.

5. Çernobıl, 26 aprel 1986, Ukrayna.

Tarixin ən dəhşətli nüvə qəzası Çernobılda, 4-cü blokun reaktorunun partlaması nəticəsində baş verib. Minlərlə insanın radiasiyadan təsirlənərək həyatını itirdiyi qəza bəşər tarixində qara ləkə olaraq qalır. Operatorlar nüvənin soyutma sistemlərinin elektrik enerjisi olmadan işləyəcəyini yoxlamaq istəyirdilər.

Komunikasiya çatışmazlığından qaynaqlanan xəta nəticəsində minlərlə insan təsirlənəcək!

Nüvə nüvəsi qəfil partladı və içəridəki iki işçi anında öldü. Bundan əlavə, yanğını söndürməyə gələn 28 yanğınsöndürən həlak olub. Bu gün Çerboyl ərazisi hələ də yaşayış üçün yararsız hesab edilir və püskürmə nəticəsində zərər çəkmiş 7000 nəfərin qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkdiyi məlumdur.

Tərcümə etdi: Amin Həsənli

Mənbə: History.howstuffworks.com

Paylaş
Şərh əlavə et