Bu gün:

Legioner xəstəliyi nədir?


Legioner xəstəliyi Legionella pneumophila bakteriyasının yaratdığı nadir, lakin ciddi ağciyər infeksiyasıdır. Kondisionerlər, cakuzilər və havalandırma kimi sistemlərdən tənəffüs yolu ilə ötürülür. Bakteriyalara tez-tez otellər, xəstəxanalar və ya ofislər kimi ictimai yerlərdə rast gəlinir. Ev şəraitində legioner xəstəliyinə yoluxma riski demək olar ki, yoxdur.


Legioner xəstəliyinin səbəbləri nələrdir? 

Legionella törədici bakteriyası çox vaxt şirin su mühitlərində, o cümlədən göllərdə, çaylarda və dərələrdə olur. Legionella torpaqda da yaşaya bilər, lakin insanların çoxu bakteriyaları torpaqdan tutmur. Evdəki santexnika sistemləri vasitəsilə legioner xəstəliyinə yoluxmaq mümkün olsa da, əksər epidemiyalar otellər kimi böyük yaşayış binalarında baş verir. Çünki mürəkkəb paylama sistemləri bakteriyaların çoxalmasını və daha asan yayılmasınıasanlaşdırır.

İsti suda asanlıqla çoxala bilən bakteriyalar çox vaxt binanın çirklənmiş su paylama sistemi vasitəsilə yayılır. Lakin xəstəlik insanlara havada asılı vəziyyətdə olan su damcıları ilə inhalyasiya yolu ilə keçir. Bakteriya o qədər kiçikdir ki, su buxarı kimi kiçik su damcılarına yerləşib havaya yayıla bilir. Bakteriyalar sauna, türk hamamı və ya çirklənmiş su ilə spa hovuzu kimi isti sudan buxar damcılarını tənəffüs etməklə ağciyərlərə çatır. Nadir hallarda, bakteriya ilə çirklənmiş su içmək və nəfəs borusuna daxil olmaqla da ötürülə bilər. İnsandan insana yoluxma yoxdur.

Legioner xəstəliyinin fəsadları hansılardır? 

Legionella xəstəliyi həyati təhlükəsi olan bəzi ağırlaşmalara səbəb ola bilər, o cümlədən:

Tənəffüs çatışmazlığı. Tənəffüs çatışmazlığı ağciyərlər bədəni kifayət qədər oksigenlə təmin edə bilmədiyi və ya qandan karbon qazını çıxara bilmədiyi zaman baş verir.

Septik şok. Qan təzyiqinin qəfil azalması həyati orqanlara, xüsusən də böyrəklərə və beyinə qan axını azaldıqda baş verir. Ürək vurulan qanın həcmini artırmaqla kompensasiya etməyə çalışır, lakin əlavə iş yükü ürəyi zəiflədir və nəticədə qan axını daha da azaldır.

Kəskin böyrək çatışmazlığı. Bu, böyrəklərin fəaliyyət qabiliyyətinin qəfil itirilməsidir. Böyrəklər qandan maddələri süzə bilmir və bədəndə təhlükəli miqdarda maye və tullantılar toplanır.

Tez və effektiv müalicə olunmazsa, xüsusilə immuniteti zəif olan xəstələrdə ölümcül ola bilər.

Legioner xəstəliyindən qorunmağın yolları hansılardır?

Su paylayıcı sistemlər, hovuzlar və spa mərkəzləri kimi xəstəliyin yayılmasında təsirli olan mühitlərin diqqətlə təmizlənməsi və dezinfeksiya edilməsi ilə legioner xəstəliyinin yayılmasının qarşısını almaq olar. İnfeksiya riskini azaltmaq üçün şəxsən edə biləcəyi ən vacib şey siqaretdən çəkinməkdir. Çünki siqaret bakteriyalara məruz qaldıqda xəstəlik riski yaradır.

Mənbə: medicalpark.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et