Xərçəng zehniyyəti insanın özündən daha uğurlu olan insanlara qarşı heç bir faydası olmayan mənfi fikirlər, ifadələr və davranışlar etməsidir. Bu zehniyyətə malik olan bir insan, məsələn, dərslərində ondan daha yaxşı nəticə göstərməyə başlayan bir dostunun uğurunu sadəcə olaraq öz dərslərində çətinlik çəkdiyi üçün ruhdan sala bilər.
Bu hadisənin adı xərçənglə dolu vedrə ilə bağlı hekayədən gəlir: Hekayədə vedrədəki xərçənglərdən biri qaçmaq üçün vedrənin ağzına doğru getdikdə, digər xərçənglər qaçmaq üzrə olan xərçəngi özünə tərəf çəkir.
Qeyd: Xərçəng zehniyyəti vedrədə xərçəng, vedrə-crab effekti, çəlləkdə xərçəng sindromu, crab sindromu, pull down sindromu kimi də tanınır.
Mənbə: Evrim Ağacı
Tərcümə etdi: Aminə Paşazadə
