Bu gün:

Böyük eqoya sahib olmağın zərərləri nədir?


Böyük eqo sizin mərhəmətli bir insan olmağınızı qeyri-mümkün edir. Böyük eqosu olan insan başqalarına güvənmir və həmişə onlardan ən pisini gözləyir. O, daim müdafiə mövqeyindədir və yalnız özünə fokuslanmış bir həyat sürdüyü üçün çox vaxt böyük mənzərəni görə bilmir. Hər kəsin davamlı olaraq ona hücum etdiyinə inandığı üçün reallıqdan uzaqlaşır. Xarici dünya ona düşməndir...

İnsanların sizdən uzaqlaşmasına səbəb olursunuz.

Yanınızda insanlar olsa belə, çox güman ki, onlar sizin üçün yanlış insanlar olacaq. Sizə uyğun olan insanları uzaqlaşdırırsınız. İnsanların əksəriyyəti özlərini yaxşı hiss etdikləri şəxslər ilə birlikdə olmaq istəyirlər. Eqosu böyük olan insan həmişə ətrafındakıları mühakimə edir, onlardan daha yaxşı olduğunu sübut etməyə çalışır, sevgi və ya dostluq kimi anlayışları qavramaqda ciddi problemlər yaşayır. 

Öz inkişaf yolunuzda maneələr qoyursunuz.

Eqo yalnız özünüzə qulaq asmağınızı və öz işinizi görmənizi istəyir. Bu, əlbəttə ki, müəyyən vaxta qədər zəruridir, lakin həddindən artıq çox olmaq ətrafınızdakı insanların təcrübələrinə qulaq asmamağa və insanların məsləhətlərinə məhəl qoymamağa səbəb ola bilər. Sadəcə qəbul etməlisiniz ki, bəzən bəzi insanlar sizdən daha təcrübəli ola bilər və bəzi mövzularda sizdən daha çox şey bilir. Bu tövsiyələri aldıqdan sonra, əlbəttə ki, yenə də bildiyinizi edəcəksiniz, lakin onları tamamilə bloklamaq, bəlkə də uğur qazanmağınıza mane olacaq. 

Siz istər-istəməz sevginin həyatınıza girməsinə mane olursunuz.Eqo həmişə haqlı olmaq istəyir. İnsanlarla məntiqli və faydalı bir şəkildə ünsiyyət qurmaq əvəzinə, sizi maraqlandıran yeganə şey haqlı olmaq və ya qazanmaqdır. Bu məqsəd üçün əlinizdən gələni edəcəksiniz. Sadəcə olaraq mübahisəni itirdiyinizi düşünməmək üçün sonra peşman olacağınız şeylər edirsiniz, əslində inanmadığınız şeyləri söyləyirsiniz. Peşmanlıq sənin peşmançılığındır, heç kim inciməz...

Siz irrasional davranışlar nümayiş etdirməyə başlayırsınız.

Başqalarının indi necə davranmasının əhəmiyyəti yoxdur, çünki vacib olan tək şey sizsiniz. Sadəcə istədiyinizə nail olun. Bu məqsədlə başqalarını pis vəziyyətə salmaq və onları əzmək mənasına gəlsə belə, heç bir əhəmiyyəti yoxdur. Əslində, siz davamlı olaraq yaxşılaşdığınız müddətcə, digər insanların daha da pisləşməsini yaxşı hesab etmək olar. Üstəlik, sahib olduğun şeylərin qədrini də bilmirsən. Bütün arzular o şeyləri əldə edənə qədərdir və nə qədər malik olursan ol, yenə də başqalarının sahib olduqlarına paxıllıq edirsən. Buna empatiyasızlıq deyin, həyatı çox ciddi qəbul edin, nə desəniz, hamısı doğru olacaq... 


Mənbə: Onedio

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et