Motivasiya, məqsədlərə çatmaq üçün davranışlarımıza təsir göstərən, məqsədlərimizi müəyyənləşdirən anlayışdır. Motivasiya iş həyatında tez-tez istifadə olunur. Bununla belə, motivasiyanın həmişə müsbət olmadığı da məlumdur.

Həddindən artıq və zərərli motivasiya növləri işçilərin həm özlərinə, həm də başqalarına zərər vurmasına səbəb ola bilər. Bu yazıda dağıdıcı hesab olunan motivasiya növünü və onun təsirlərini araşdıracayıq.
Dağıdıcı motivasiya mənfi emosional və ya psixoloji nəticələrə gətirib çıxaran motivasiya və ya təhrik növüdür. Bu motivasiya bir insanın özünə və ya ətrafındakılara zərər verməyə meylli olduğu bir vəziyyəti təsvir edir. Dağıdıcı motivasiya çox vaxt düşmənçilik, qəzəb, qısqanclıq və kin kimi mənfi emosiyalarla əlaqələndirilir. Rəqabətin yüksək olduğu iş mühitlərində bəzi insanlar eqo və id arasındakı tarazlığı itirərək təhlükəli idrak prosesinə girirlər.
Bu prosesdə kin, qısqanclıq, qəzəb kimi duyğular insanın həyat məqsədinə çevrilir. Bu zaman dağıdıcı motivasiyanın təsiri altında olan insanlar həmkarlarına qarşı mənfi davranışlar nümayiş etdirirlər. Dağıdıcı motivasiyanın yaranmasında bir çox mürəkkəb amillər rol oynayır. Bunlara fərdi xüsusiyyətlər, temperament, ətraf mühit amilləri və psixoloji vəziyyət daxildir. Dağıdıcı motivasiyaya təsir edən vəziyyətlər hər bir fərd üçün fərqlidir.
Dağıdıcı motivasiyanın səbəbləri nələrdir?
Araşdırmalara görə, dağıdıcı motivasiyanın ən böyük səbəbi emosiyanal vəziyyətin pozulmasıdır. Bu insanlarda psixolojidir. Problemlərini kompensasiya etmək üçün onların işləri və karyeralarına daha çox bağlı olurlar. Bu vəziyyəti həm də karyeralarına dağıdıcı təsir göstərir. Bu vəziyyət, zamanla insanların iş yoldaşları və özəl həyatlarında insanlarla münasibətlərini korlayır. Bu, insanları təcrid edir vəziyyəti daha da pisləşdirir. Həm də özünə hörməti aşağı salır.
Dağıdıcı motivasiyanın əsas səbəbləri mürəkkəbdir və hər bir fərd üçün fərqlidir. Ancaq bu cür motivasiyanı tanımaq bu düşüncə və davranışları dəyişdirmək üçün vacib bir addımdır.
Mənbə: Novarge
Tərcümə etdi: Nailə Hadizadə
