Bu gün:

İçində E hərfi olmayan kitab


Dünyanın hər yerində kitab oxumaq bəşəriyyətin həm şəxsi inkişafını, həm də ümumən sivil olmasına gətirib çıxarır. Kitab oxuma vərdişi, insanların intellektual dünyasını, təxəyyülünü inkişaf etdirir, bilik baxımından daima özlərinə yeni şeylər qatmağa kömək edir. Bir sözlə, kitab insanlara hər sahədə bilik toplamağa kömək edir.

İçində E hərfi olmayan bir kitab olduğunu bilirdinizmi? Amerikalı yazıçı Ernest Vincent Wright 1939-cu ildə heç bir E hərfi olmayan Gadsby adlı kitab yazıb.

Balaca Şahzadə dünyada ən çox tərcümə olunan kitabdır. Tam olaraq 300 dilə tərcümə edilib.

Dünyanın ən kiçik kitabı Yaponiyada bir nəşriyyat tərəfindən çap olunan 0,75 mm-lik kitabdır. Bilinən ən qalın kitabın qalınlığı isə 32,2 sm idi.

Mənbə: Milliyet

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et