Bu gün:

“Bundan ən çox təsirlənənlər də gənclər olur”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi psixoloq Fuad Əsədovdur. O, gənclər arasında yayılan faciəvi hadisələrdən danışıb. 


Sizcə, son dönəmlərdə gənclər arasında yayılan faciəvi hadisələrdə sosial medianın təsiri nə dərəcədədir?


Ümumiyyətlə, dünyada sosial medianın hər şeyə təsiri var. O, ən çox  psixologiyası hələ tam formalaşmamış yeniyetmələrə təsir edir. Bu səbəbdən də görürük ki, sosial medianın vasitəsilə və ya digər şəkildə hansısa cinayətkar meyillər və cinayətkar aləm motivli düşüncələr ötürülür. Təbii ki, bundan ən çox təsirlənənlər də gənclər olur.  Artıq onlarda belə bir düşüncə yaranır ki, özlərini bu şəkildə aparmalıdırlar və s.  Onlar sosial şəbəkələrdə gördükləri bu aqressiv insanları özlərinə kumir olaraq seçir və nəticədə, bıçaqlanma, dava, yaralama, öldürmə və s kimi hallar yaşanmağa başlayır. Biz burada cəmiyyət olaraq düşünməliyik, hər birimiz daşın altına əlimizi salmalıyıq və öz məsuliyyətimizi dərk etməliyik ki, bizim hansısa ruh halı ilə paylaşdığımız ən kiçik status belə 15 yaşlı bir yeniyetmənin düşüncəsinə böyük və mənfi şəkildə təsir göstərə bilər. Ona görə də hər birimizin ehtiyatlı və diqqətli olmasında fayda var.


Elşən Soltanzadə

Paylaş
Şərh əlavə et