Bu gün:

Çay ağacı yağı


Çay ağacı yağı dırnaq, saç və dəri ilə bağlı problemləri aradan qaldırmaq üçün dəstəkləyici müalicə vasitəsi kimi istifadə olunur. Dezodorant, ağız qarqarası və həşərat qovucu kimi səbəblərdən də seçim edilə bilər.

Dərinin ümumi görünüşünü yaxşılaşdırmaqda təsirli olur və hər hansı bir dəri problemini sakitləşdirməyə kömək edir. Çay ağacı yağı xüsusilə aşağıdakı hallarda istifadə üçün tövsiyə olunur:

Yaranı sağaltmaq: Bakteriyaları öldürmək və iltihabla mübarizə aparmaq üçün yaraya bir neçə damcı çay ağacı yağı tətbiq oluna bilər.


Kəpəyə qarşı: Şampununuza bir neçə damcı çay ağacı da əlavə edib saçlarınızı kəpəyə qarşı yuya bilərsiniz.


Sızanaqlarla mübarizə: Yarım stəkan suya 4 damcı çay ağacı yağı əlavə edib gündə bir dəfə pambıqla üzünüzə çəkin.


Ev təmizliyi: Mikroblara qarşı olduğu üçün çay ağacı yağını ev təmizliyi üçün də istifadə edə bilərsiniz. Bir stəkan su və yarım stəkan ağ sirkəni 20 damcı çay ağacı yağı ilə qarışdıra bilərsiniz. Bu qarışığı sprey şüşəsi ilə təmizləmək istədiyiniz yerə çəkə bilərsiniz.

Ağız təmizliyi: Bir stəkan suya 2 damcı çay ağacı yağı əlavə edib qarqara edə bilərsiniz. Ancaq bilin ki, udmaq təhlükəlidir.


Çay ağacı yağı ağız və diş sağlamlığı üçün də faydalı ola bilər. Tərkibində çay ağacı yağı olan gellər xroniki diş əti iltihabı olanlar üçün istifadə edilə bilər.  Qanamanı azaltmağa kömək etsə də, bakteriyaların yaratdığı ağız qoxusunun aradan qaldırılmasında təsirli ola bilər.  Çay ağacı yağı yerli tətbiq edildikdə sızanaq və digər dəri infeksiyalarının müalicəsində müsbət nəticə verir. Ağızdan qəbul edildikdə zəhərlənməyə səbəb ola bilər. Çay ağacı yağının yan təsirləri dəridə allergik reaksiyalara səbəb ola bilər. Bunu başa düşməyin ən yaxşı yolu çay ağacı yağı qolunuzun içərisinə sürtməkdir.  Dərinizin reaksiyasını belə ölçə bilərsiniz. Hər hansı bir döküntü meydana gəlsə, məhsulu istifadə etməyə başlamamalısınız.  

Mənbə: Aci badem

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et