Bu gün:

Dünyanın ən zəngin maqnezium mənbəyi!


Qədim dövrlərdə xəstəliklərə qarşı tez-tez istifadə olunan təbii vasitələrin populyarlığı hər gün azalır. Ancaq super qida sayılan qədim taxıl ucuz qiyməti və zəngin maqnezium tərkibi sayəsində, xüsusilə, Hindistanda  hələ də istifadə edilir. Qanda şəkər və xolesterol səviyyəsini azaltdığı bilinən bu taxılın faydaları saymaqla bitmir.

Darını həzm etmək çox asandır, aşağı glisemik göstəriciyə malikdir və toxluq hissi yaradır. Dəmir, o cümlədən, lif baxımından çox sağlam bir taxıldır. Maqneziumun ən zəngin mənbələrindən biridir. Tərkibində fosfor, manqan və dəmir də var.

Serotonin səviyyəsini artıran vacib bir amin turşusu ehtiva edir, yəni xoşbəxtlik hormonunu artırır. Bu qida güclü antioksidan təsiri göstərdiyindən sərbəst radikalların zərərli təsirlərindən qoruyur. Darının qan şəkəri səviyyəsini tənzimləmək xüsusiyyəti geniş şəkildə yayılmışdır . Tərkibindəki zülalın insulinə həssaslığı artırdığı, qan şəkərini və trigliseridləri azaltdığı ortaya çıxdı.

Darı asanlıqla həzm olunduğundan və yüksək pəhriz lifi bağırsaqlarınızı təmizlədiyindən mədənizə çox yaxşı təsir göstərir. Darı toxumlarında pis xolesterolu, yəni LDL-ni azaltmağa kömək edən həll olunan lif var. Çünki bu həll olunan lif mədədə jel kimi bir kütlə əmələ gətirir və xolesterolun udulmasına imkan vermir. Bu təsir mexanizmi ateroskleroz riskini azalda bilər.


Bir az darı ilə yalnız sinir sistemimizi dəstəkləmirik, həm də  bu dərimiz üçün faydalıdır. Onun müntəzəm istifadəsi dərini yaxşılaşdırır, saç və dırnaqları gücləndirir.

Tiroid xəstəliyindən əziyyət çəkənlər darıdan çəkinməlidirlər. Çünki tərkibində gluten  deyil, guatr var. Zobogenlər tiroid funksiyasına mane törədən və tiroid bezinin böyüməsinə səbəb ola biləcək maddələrdir. Bundan əlavə, yemək zamanı darının zoobogenik tərkibi artır, buna görə tiroid problemi olan insanlar üçün darı tövsiyə edilmir.

Darı sınamaq istəyirsinizsə, bişmədən əvvəl toxumları yaxşıca yuyun. Yuyulmuş  darını özündən üç dəfə çox su ilə bir qazana tökün və yumşalana qədər 15-20 dəqiqə bişirin. Qatıq və meyvə ilə səhər yeməyi üçün əla enerji mənbəyidir.

Siz onu əsas yemək üçün qarnir kimi yeyə, düyü əvəzinə, yeməklə birlikdə yeyə və ya istənilən yeməyi tamamlaya bilərsiniz. Bir desert üçün sınamaq istəyirsinizsə, kakao, vanil və ya şokolad damlaları ilə şirinləşdirə bilərsiniz.

Mənbə: Cnntürk

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et