TIME tərəfindən 20-ci əsrin ən əhəmiyyətli şəxsiyyətlərindən biri seçilən Marlon Brando çox gənc yaşlarında teatr təhsili almağa başlayıb. Teatr təhsili ilə yanaşı özəl aktyorluq dərsləri də alan Marlon Brando Hollivud kinosunun klassik və qızıl dövrlərinin ən çox axtarılan ulduzlarından biri idi.

Marlon Brandonun filmləri deyiləndə, adətən, “Apocalypse Now” və “The Father” kimi klassiklər yada düşsə də, ustad aktyor Amerika kino tarixində bir çox dövrlər yaşamış, hər dövrdə ulduzu parlayan nadir aktyorlardandır. Bu məzmunda biz ən yaxşı Marlon Brando filmləri siyahısına daha yaxından nəzər salırıq və Hollivud kinosunun qızıl dövrünə səyahətə çıxırıq.
10) One-Eyed Jacks – Eşq və İntiqam (1961) | IMDb: 7.1

Stenli Kubrickin Marlon Brandonun öhdəsindən gələ bilmədiyi üçün çəkiliş meydançasını tərk etdiyi "One-Eyed Jacks" filmi psixoloji dram janrının əla nümunələrindən biridir. Kubrik filmdən ayrıldıqdan sonra rejissorluğu Marlon Brando üzərinə götürdü. Marlon Brandonun dediyinə görə, 140 dəqiqəyə qədər qısaldılan film prodüserlər tərəfindən kəsilib. "One-Eyed Jacks" həm də Martin Scorsese-nin sevimli filmidir.
9) The Young Lions-Gənc Şirlər (1958) | IMDb: 7.2

Irwin Shaw'ın İkinci Dünya Müharibəsi romanından uyğunlaşdırılan Gənc Şirlər müharibədən əvvəlki illərdə çəkilmiş bir filmdir. Yalnız bu səbəblə belə “Gənc Şirlər” hələ də ən diqqət çəkən döyüş filmlərindən biri olmağı bacarır. Marlon Brandonun Parisdə xidmət edən nasist zabitini canlandırdığı filmdə iki alman və bir amerikalı əsgərin yolları kəsişir. Müharibənin ideoloji, siyasi və sosial təsirlərinə toxunan “Gənc Şirlər” müharibə zamanı sərf edilə bilən strateji parça kimi görünən əsgərlərə əksinə, fərd kimi yanaşır.
8) Mutiny on the Bounty – Dənizdə Üsyan (1962) | IMDb: 7.2

Kassada iflasa uğrayan və sonradan kulta çevrilən Mutiny on the Bounty filmi süjetini 18-ci əsrin sonlarında baş verən əsl hadisədən götürür. Filmdə 1789-cu ildə İngilis HMAV Bounty gəmisində kapitan William Bligh-ə qarşı üsyandan bəhs edilir. Yamaykadakı İngilis koloniyasına çörək meyvəsi fidanları daşıyan bu gəmi kapitan William Bligh-in səhv istiqamət qərarları səbəbindən böyük bir üsyanın şahidi oldu. Fidan alacaqları Taitiyə vaxtında çata bilməyib, biçin vaxtını qaçırıb. Bu vəziyyəti kompensasiya etmək üçün Taitidə gəmidə əlavə fidan alan William Bligh, şitillər üçün şirin su mənbələri ayırdı və komandasını dəniz suyu içməyə məcbur etdi. Bütün bu hadisələrin nəticəsi olaraq birinci kapitan Fletçer Kristianın başçılıq etdiyi üsyan bir çox kitaba və yuxarıda adı çəkilən Mutiny on the Bounty filminə ilham verdi.
7) The Chase – Qaçaqlar (1966) | IMDb: 7.2

Hollivud kinosunun ən məşhur kriminal film rejissorlarından biri olan Artur Pennin rejissorluğu ilə çəkilmiş “The Chase” filmi həbsxanadan qaçma hekayəsindən bəhs edir. Texasın kiçik bir şəhərində cərəyan edən film ilk dəfə 1952-ci ildə pyes olaraq nümayiş etdirilib, sonra isə 1956-cı ildə Horton Foote tərəfindən romanlaşdırılıb. Filmdə Çarli “Bubber” Rivz adlı yeniyetmə qətlə görə haqsız yerə atıldığı həbsxanadan qaçır və Tarl Kaunti adlı qəsəbəsinə qayıtmaq üçün yola düşür. Şəhərdə hər kəs, xüsusən də, Bubberin arvadı üçün çaxnaşma mühiti hökm sürür. Şerif Kalderlə baş-başa qalan şəhər əhalisi Bubberdən qurtulmağın yollarını axtarmağa başlayır.
6) Julius Caesar – Yuli Sezar (1953) | IMDb: 7.3

Uilyam Şekspirin əfsanəvi Yuli Sezar pyesi əsasında hazırlanmış bu filmdə 2000 ildən çox tarixə səyahət edirik. Yəqin ki, saysız-hesabsız kitablara, pyeslərə və filmlərə mövzu olan Yuli Sezarın məşhur qətli haqqında eşitmisiniz. Film bu sui-qəsdi olduqca uğurla təsvir edir. Filmdə Mark Entoni rolunda Marlon Brando, Sezar isə Lui Kalhern rol alır. Şekspirin yaradıcılığına çox sadiq olan bu əsərdə hətta dialoqlar da kiçik dəyişikliklər istisna olmaqla, orijinal əsər kimi qalır.
5) Viva Zapata! (1952) | IMDb: 7.4

İstanbul əsilli məşhur rejissor və aktyor studiyasının yaradıcısı Elias Kazancıoğlu, ləqəbi Elia Kazan olan Viva Zapata, 1910-cu ildə başlayan məşhur Meksika İnqilabının öncüsü Emiliano Zapata haqqındadır. Məşhur yazıçı Con Steinbeck tərəfindən yazılmış bu film Eqdecumb Pinchonun yazdığı "Fəth edilməyən Zapata" bioqrafik romanından uyğunlaşdırılmışdır. Film Emiliano Zapata-nın məhbusu həbsdən çıxararaq, sonra öz dəstəsini yaradaraq Meksikanın qəddar diktatoru Porfirio Diaza qarşı üsyana rəhbərlik edərək qanundan kənara çıxmasına diqqət yetirir.
4) A Streetcar Named Desire – Ehtiras tramvayı (1951) | IMDb: 8.0

Marlon Brando və Elia Kazan 1950-ci illərdə ayrılmaz bir cütə çevrilmişdilər. A Streetcar Named Desire də Brando və Kazanın ən önəmli filmlərindən biridir. Tennessi Uilyamsın eyniadlı Brodvey oyunundan uyğunlaşdırılan film Blanş DüBois adlı qadının başına gələn faciəvi hadisələrdən bəhs edir. Tamamilə ölümcül bir qadın olan Blanche, çox gənc bir oğlanı aldatdığına görə hüquqi problemlə üzləşir. Başqa ştatda yaşayan evli bacısının yanına köçmək məcburiyyətində qalan Blanş qəddar əri Stenli ilə anlaşa bilmir.
3) On the Waterfront- Su sahilində (1954) | IMDb: 8.1

Marlon Brandoya ən yaxşı aktyor nominasiyasında ilk Oskar qazandıran “ Su sahilində” filmi Ən Yaxşı Film və Ən Yaxşı Rejissor daxil olmaqla 7 Oskar qazandı. 1950-ci illərdə ABŞ həmkarlar ittifaqlarında baş verən korrupsiyadan bəhs edən “On the Waterfront” bu korrupsiyadan keçmiş boksçu və liman işçisi Terri Mallon vasitəsilə danışır. Limanda çox çətin şəraitdə çalışan Terri Mallon uşaqlıq dostunun ölümünü görüb günahkar olduqdan sonra özünü ayrılmaz işlərin ortasında tapır. ABŞ-ın anti-kommunist strategiyasının zirvə olduğu döməmdə nümayiş etdirildiyi üçün On the Waterfront indiyə qədər çəkilmiş ən cəsarətli filmlərdən biri hesab olunur.
2) Apocalypse Now – Qiyamət (1974) | IMDb: 8.4

Kino tarixinə kinematoqrafiyası qızıl hərflərlə həkk olunmuş Frensis Ford Koppolanın "Apocalypse Now" filmi ərsəyə gəlməsi çətin olacaq bir istehsaldır. Rejissorluqda olduğu qədər ssenarist kimi də istedadlı olan Koppola Cozef Konradın məşhur “Qaranlığın ürəyi” kitabından ilhamlanaraq “Apocalypse Now” əsərini yaradır.
Bu müstəmləkə mövzulu kitabı Vyetnam müharibəsinə uyğunlaşdıran Koppola kitabdakı məşhur cani Valter Kurtz rolunu Marlon Brandoya verir. Filmdə Vyetnam müharibəsində xidmət etmiş kapitan Willard və komandası Amerika ordusuna qarşı üsyan edən və yerli qəbilənin tanrısı elan edilən Valter Kurtzu öldürmək üçün ardınca gedir. Amma Willardın bilmədiyi odur ki, bu amansız təqib zamanı o getdikcə hədəfinə daha çox bənzəməyə başlayacaq. Əgər filmə əvvəllər baxmısınızsa və ondan həzz almısınızsa, daha sonra çıxacaq 49 dəqiqəlik uzadılmış versiya olan Apocalypse Now Redux-a nəzər salmağı tövsiyə edirik.
1) The Godfather– Ata (1972) | IMDb: 9.2

Şübhəsiz ki, Marlon Brando filmləri deyincə ağıla ilk gələn film, "Ata" siyahımızda bir növ fəxri qonaqdır. Hazırda məzmununu hamımızın əzbərlədiyimiz “Ata" Mario Puzonun qumar borclarına görə çarəsizlikdən yazdığı eyniadlı romanından uyğunlaşdırılıb. Nyu-Yorkun italyan mafiya ailələri haqqında çəkilmiş ən əhəmiyyətli filmlərdən biri olan “The Godfather" Marlon Brandonun Oskar boykotu ilə də xatırlanır. "Ata" ilə ən yaxşı aktyor nominasiyasında ikinci Oskar qazanan Marlon Brando, ABŞ-ın Hindistan qırğınlarına etiraz etmək üçün Sacheen Littlefeather adlı hind aktyorunu mükafatlandırma mərasiminə göndərdi.
Mənbə: ceotudent.com
Tərcümə etdi: Fidan Abdullayeva
