Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb

Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb

Hindistanın paytaxtı Dehlidə 20 yaşlı şahmatçılar arasında dünya çempionatında beşinci turun oyunları keçirilib.

24media.az xəbər verir ki, Azərbaycan şahmatçısı Məhəmməd Muradlı ötən turda qələbə qazanıb. O, malayziyalı Amir Ghaazi Mohd Saprinı məğlub edərək aktivinə 1 xal yazdırıb.

M.Muradlının beş turun yekununa görə cəmi 2 xalı var.

On bir turdan ibarət dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir.