UEFA Çempionlar Liqası: Bu gün keçiriləcək səkkiz oyunla qrup mərhələsinin II turuna yekun vurulacaq

UEFA Çempionlar Liqası: Bu gün keçiriləcək səkkiz oyunla qrup mərhələsinin II turuna yekun vurulacaq

Oktyabrın 2–də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümün qrup mərhələsinin II turunda daha səkkiz qarşılaşma oynanılacaq.

24media.az AZƏRTAC-a istinadla xəbər verir ki, gün ərzində E, F, G və H qruplarında yer alan komandalar qarşılaşacaqlar. Sonuncu çempion “Liverpul” öz meydanında Avstriyanın “Zaltsburq” komandasını qəbul edəcək. Qrup mərhələsində oynanılacaq digər qarşılaşmalar aşağıdakılardır:

E qrupu:

“Genk” (Belçika) – “Napoli” (İtaliya);

“Liverpul” (İngiltərə) – “Zaltsburq” (Avstriya).

Birinci turdan sonra qrupdakı “Napoli” və “Zaltsburq” komandalarının 3 xalı var. “Genk” və “Liverpul” klubları ilk oyunda uduzublar.

F qrupu:

“Slaviya Praqa” (Çexiya) – “Borussiya Dortmund” (Almaniya);

“Barselona” (İspaniya) – “İnter” (İtaliya).

Qrupda yer alan komandaların - “Slaviya Praqa”, “Borussiya Dortmund”, “Barselona” və “İnter” komandalarının 1 xalı var.

G qrupu:

“Leyptsiq” (Almaniya) – “Lion” (Fransa);

“Zenit” (Rusiya) – “Benfika” (Portuqaliya).

Bu qrupa 3 xalla “Leyptsiq” komandası başçılıq edir. “Lion” və “Zenit” klublarının 1 xalı var, “Benfika”nın aktivində xal yoxdur.

H qrupu:

“Lill” (Fransa) – “Çelsi” (İngiltərə);

“Valensiya” (İspaniya) – “Ayaks” (Hollandiya).

“Ayaks” və “Valensiya” klublarının 3 xalı var. “Çelsi” və “Lill” komandaları isə ilk oyunda uduzublar.