Məşhur brenddən "Harry Potter" pərəstişkarlarına Yeni İl hədiyyəsi

Məşhur brenddən

Məşhur brend "Harry Potter" həvəskarlarına sürpriz hazırlayır.

24media.az xəbər verir ki, "Pandora" və "Warner Bros" şirkətləri birgə "Harry Potter"in kainatına həsr edilmiş 12 zinət əşyasından ibarət kolleksiya buraxacaqlarını bəyan ediblər. Bu "Harry Potter" pərəstişkarlarına Yeni İl hədiyyəsi olacaq.

Zinət əşyalarını 28 noyabrdan bütün "Pandora" mağazalarından və saytından əldə etmək mümkün olacaq.

Pandora şirkətinin yaradıcı direktoru və brend meneceri olan Stiven Feyrçayld yaydığı məlumatda rəsmi olaraq bildirib ki, bu kolleksiyanı məşhur brendin pərəstişkarları bir neçə ildir ki, gözləyirlər.