Yevlaxda gənc qadın intihara cəhd edib

Yevlaxda gənc qadın intihara cəhd edib

Yevlax rayonunun Əkşəm kəndində intihara cəhd hadisəsi qeydə alınıb.

24media.az APA-ya istinadən xəbər verir ki, təqribən 25-28 yaşlı ailəli qadın Səfərova Nərminə Pərviz qızı sirkə turşusu içərək özünə qəsd edib.

Halsız vəziyyətə düşən N. Səfərova dərhal xəstəxanaya çatdırılıb. Əldə edilən məlumata görə, onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.