Mərkəzi Bank 150 milyon manat cəlb edir

Mərkəzi Bank 150 milyon manat cəlb edir

İyunun 24-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. Bu haqda 24media.az AZƏRTAC-a istinadən xəbər verir.

 Hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,51-8,49 faiz təşkil edir.