Bu gün:

Qısa müddətdə birinə bağlanmaq niyə baş verir?


Qısa müddətdə birinə bağlanmaq psixologiyada tez-tez qarşılaşılan bir fenomen olub, müxtəlif səbəblərdən qaynaqlanır. Bu cür tez bağlanma hallarını daha yaxşı anlamaq üçün bir neçə psixoloji faktor önə çıxır:


1. İstək və ehtiyacların güclü olması


İnsanlar sevgi, diqqət və mənəvi bağlılıq kimi ehtiyaclarını ödəmək istəyirlər. Əgər birisi bu ehtiyacları qarşılayan və ya bu gözləntiləri doğruldan biri ilə qarşılaşarsa, ona tez bir zamanda bağlanmaq asanlaşır. Bu xüsusilə özünü tənha hiss edən və ya çətin emosional dövrdən keçən insanlar üçün daha tipikdir.


2. Bağlanma tərzi


Hər bir insanın uşaqlıqdan formalaşan bir bağlanma tərzi var. Məsələn, "təlaşlı bağlanma" stilinə malik olan insanlar adətən münasibətlərdə daha çox diqqətə, təsdiqə ehtiyac duyur və birindən aslı olmağa meyilli olurlar. Bu insanlar birinə çox tez bağlanıb, onları itirməkdən qorxaraq çox bağlılıq göstərməyə çalışırlar. Qısa müddətdə birinə bağlanmaq insanın öz emosional ehtiyaclarından və həyat təcrübələrindən qaynaqlanır. Bu cür bağlanmalar sağlam həyat tərzi üçün riskli ola bilər, nəticədə xəyal qırıqlıqları və emosional çətinliklər yarada bilər.


Mənbə: Onedio

Tərcümə etdi: Zeynəb Həsənov

Paylaş
Şərh əlavə et