Bu gün:

Qəzəbin faydaları


Psixoterapist Moshe Ratson qəzəbin mənfi hiss olduğunu, ancaq çox faydalı xüsusiyyətlərə sahib olduğunu qeyd edib. Sevinc, həyəcan və yaxşılıq kimi müsbət hisslərlə müqayisədə pis bir ünsürə sahib olan qəzəbin həyatımıza sağlam şəkildə necə istiqamət verə biləcəyi araşdırılıb.

1. Qəzəb bizi qorumaq üçün planlaşdırılıb

Qəzəb təhlükəyə qarşı bədənimizi qorumaq məsədilə təkamül yolu ilə inkişaf etmiş bir reaksiyadır.

2. Güc mənbəyi

Qəzəb insanı güclü hissetdirə və yaşamaq ümidi verə bilər.

3. Qəzəbin çölə vurması

Qəzəbin üzə çıxması insana rahatlama hissi verə bilər.

4. Ədalətsizliyi göstərir

Qəzəb ədalətin pozulması zamanı göstərilən güclü bir reaksiyadır. 

5. Hədəflərə çatmağa xidmət edir

Qəzəb insanı hərəkətə keçirə və hədəfərinə çatması üçün ilham mənbəyi ola bilər.

6. Dəyərlərimizi qoruyur

Şəxsi dəyərlərimiz təhlükə altında olduğu vaxt qəzəb bu dəyələri qorumağımıza kömək edir.

7. Nikbin yanaşmalar

Qəzəb insanlara hər hansı bir mövzuda çıxış yolu tapmaq üçün nikbin baxış bucağı qazandıra bilir.

8. Özünü inkişaf etdirməyə yol açır

Qəzəb şəxsi inkişaf üçün fürsət ola bilir, çünki insanlar onu idarə etməyi öyrənirlər.

9. Mənfi hissləri kəşf etməyə yol açır

Qəzəb basdırılmış hisslərin üzə çıxması və onlarla başa çıxılmasına kömək olur.

10. Duyğusal çevikliyi artırır

Duyğusal zəkanı inkişaf etdirərək çevikliyi artırır.

11. Dərin bir mənlik tapmağımız üçün motivasiya edir

Qəzəb insanın özünü daha yaxşı başa düşməsinə, öz gücünü kəşf etməsinə səbəb ola bilir.

Psixoterapist Moshe Ratson “ Qəzəb çox vaxt pis bir duyğudur, ancaq alimlər bundan düzgün şəkildə istifadə edildikdə faydalı ola biləcəyini vurğulamışdır”,- deyib. Həmçinin düzgün bir şəkildə istifadə edilməsi həyat səviyyəsinidə artıra və düzgün münasibətlərin qurulmasına kömək ola bilər.

Mənbə: Psychology Today

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et