Bu gün:

Montezumanın oğurlanmış xəzinəsi: Aztek qızılının sirri


1519-cu ildə ispan fatehi Hernan Kortes, qüdrətli Aztek İmperiyasının paytaxtı Tenoçtitlana çatıb. Rəvayətə görə, Aztek imperatoru II Montezuma Kortesi və adamlarını adi insanlar deyil, tanrılar kimi qəbul edib. Hətta Kortesin qayıdan tanrı Quetzalcoatl olduğuna inanılırdı. Buna görə də ispanlar Montezuma tərəfindən ehtişamla qarşılanıb. Lakin çox keçmədən bu “tanrılar” xəyanət edərək, nə Kortesin, nə də adamlarının ilahi gücə sahib olmadığını sübut ediblər.

Montezuma Kortesə qızıl təklif edərək onları geri göndərməyə çalışsa da, bu rüşvət yalnız ispanların qızıl hərisliyini artırıb. Kortes imperatoru ev dustağı edib və müttəfiqləri olan Tlaxcalan tayfaları ilə birlikdə şəhərin məbədlərindən birində bazalarını quraraq Tenoçtitlanı qarət etməyə başlayıblar. Şəhər sakinləri daha çox xəzinəni qorumağa çalışsa da, ispanlar onları işgəncə ilə öldürülüblər.

1520-ci ilin mayında, dini festival zamanı aztek soylularının kütləvi qətli Azteklərin üsyanına səbəb olub. İspanlar Montezumanı girov kimi istifadə edib xalqı sakitləşdirməyə çalışıblar, lakin bu plan uğursuz olub. Montezuma ya ispanların, ya da qəzəbli xalqın atdığı daşlarla öldürülüb.

Yeganə çıxış yolu qaçmaq idi. 1 iyul 1520-ci ildə, "Üzücü Gecə" olaraq tanınan hadisə baş verib. İspanlar qaçarkən Azteklər onlara hücum edib və çoxu həyatını itirib. Eyni zamanda, yığdıqları xəzinə çayın keçidində atılıb qalıb. Bu itkin xəzinə sonralar "Montezumanın xəzinəsi" olaraq tanınıb və onun ətrafında saysız-hesabsız əfsanələr yaranıb.

Mənbə: Ancient Origins

Tərcümə etdi: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et