
24Media.az Pikassonun "Gernika" əsəri haqqında 10 faktı təqdim edir:
1. Pikassonun ən vacib siyasi əsəri olan "Gernika" həm sənət əsəri, həm də etiraz simvoludur və Bask kəndindəki dəhşətli hadisələri xatırladır. İddiaya görə, bir alman zabiti rəsmin fotosunu gördükdə "Bunu sən etmisən?" deyə soruşub, Pikasso isə "Xeyr, sən etmisən",- deyə cavab verib.
2. "Gernika" İspaniya hökumətinin sifarişi ilə yaradılıb. Pikasso, Paris Sərgisi üçün başqa bir rəsm üzərində işləyərkən, Gernikanın bombalanması xəbəri onu bu faciəni təsvir etməyə sövq edib.
3. Bombalamadan bir məqalə vasitəsilə xəbərdar olduğu üçün Pikasso, rəsmdə cırılmış qəzet kağızı təsirindən istifadə edib.
4. Nasistlər Gernikanı bombaladıqda, Pikasso Parisdə idi və bir daha İspaniyaya qayıtmadı. Amma bu hücum onu dərin sarsıtdı.
5. 1974-cü ildə müharibə əleyhinə bir fəal olan Toni Şafrazi əsəri qırmızı boya ilə korlayıb, amma muzey işçiləri onu dərhal təmizləyiblər.
6. Pikasso İspaniya yenidən demokratik respublika olmayınca "Gernika"nın İspaniyaya qaytarılmamasını istəyib. Divar rəsmi yalnız 1981-ci ildə ölkəyə qaytarılıb.
7. Rəsm yaradılarkən bir fotoqraf onun irəliləyişini çəkib və bu fotolar Pikassonu əsərin rəngsiz bir versiyasını saxlamağa ruhlandırıb.
8. Rəngsizlik və mat səth bombalamanın sərtliyini vurğulamaq üçün seçilib.
9. Rəsm bəzi gizli təsvirlərə malikdir; məsələn, atın üzərində kəllə sümüyü və bükülmüş ayağında bir buğa təsviri var.
10. Pikassonun simvolik fiqurları olan Minotavr və Harlekin də rəsmdə yer alır. Minotavr gücü, Harlekin isə həyatı və ölümü simvollaşdırır.
Mənbə: pablopicasso.org
Tərcümə etdi: Talehə Hüseynzadə
