Bu gün:

Neqatif düşüncələri azaltmaq üçün 5 strategiya


Neqatif düşüncələr çox vaxt hamımızın qarşılaşdığı bir çətinlik ola bilir. Ancaq bu düşüncələri daha düzgün bir şəkildə idarə etmək, pozitif bir baxış bucağı yaratmaq və onu inkişaf etdirmək də mümkündür. Mütəxəsislər vərdiş halına gəlmiş mənfi düşüncələri aradan qaldırmaq üçün bəzi strategiyalar tövsiyə edir. Koç Ilene Berns-Zare, Psy.D strategiyalarla əlaqəli bu izahları verib: “Düşüncələrimizin fərqinə gəldikdən sonra şəfqət və pozitif duyğuları artıran anlayışlara və baxış bucaqlarına qəsdli bir şəkildə yönələ bilirik”.


Neqatif düşüncələri azaltmağın 5 yolu:


  1. Yeni başlanğıçlar üçün fürsətlər yaradın:özünüzü “ inkişaf edən bir əsər” olaraq görün və hər gün yeni başlanğıçlar üçün səy göstərin.
  2. Mizah axtarın:Mizah mənfi baxış bucaqlarını dəyişdirməkdə kömək ola bilir. Gülümsədiyiniz vaxt dünya daha fərqli görünməyə başlayır.
  3. Fərqli baxış bucaqlarını göz qabağında tutun:Xoş bir baxış bucağı mənimsəyin və ya çox güvəndiyiniz bir adamla digər ehtimalları müzakirə edin.
  4. Müsbət olanların fərqinə varın və təqdir edin:Hər gün sizə xoş gələn 5 hadisəni yazın. Bu sadə bir addım olaraq görünsə də, pozitif düşüncələr yaratmağınıza kömək olacaqdır.
  5. Bir dəqiqə dayanın, oyanın və dərin bir nəfəs alın:Hər gün fasilə verin, dərin nəfəs alın və şükür edin.


Bu strategiyalar düşüncə şəklinizi dəyişdirməyinizə və daha düzgün bir həyat yaşamağınıza kömək olacaq.


Mənbə:Psychology Today 


Tərcümə etdi:Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et