Qeybət, yəni həmin anda mühitdə olmayan bir insan haqqında danışmaq uşaqlığımızdan bizə həm etik, həm də dini baxımdan pis iş kimi çatdırılıb.

Bəzi dostluqlar, hətta yalnız başqaları haqqında danışmağa əsaslana bilər. Bu dostluqlarda unudulmamalıdır ki, bu gün bir başqası haqqında deyilən haqsız şərhin sabah sizə ünvanlanmayacağı bilinmir. Qeybətin əsas ziyanları bunlardır:
1. Narahatlıq və günahkarlıq: Qeybətdən sonra günahkarlıq və peşmançılıq hissi narahatlığa səbəb ola bilər.
2. Özünə inamın itirilməsi: Davamlı olaraq başqalarını tənqid etmək insanın öz çatışmazlıqlarına diqqət yetirərək özünə inamını azalda bilər.
3. Sosial münasibətlərdə problemlər: Qeybət edənlər özünə güvənsiz görünür və tənhalaşa bilər.
4. Empatiyanın azalması: Dedi-qodu ilə empati qurma qabiliyyəti zəifləyir və əlaqələr səthi olur.
5. Zehni yorğunluq: Davamlı olaraq başqaları ilə məşğul olmaq zehni yorğunluğa və stressə səbəb olur.
Qeybət qısa müddətli məmnunluq təmin etsə də, uzun müddətdə insanı cəmiyyətdən təcrid edir.
Mənbə: bi'şey psikoloji
Tərcümə etdi: Fatimə Cabbarlı
