Bu gün:

Bir dönəmin “Kazakları”


Kazaklar dahi yazar Lev Tolstoyun ilk dəfə 1863-cü ildə nəşr olunmuş romanıdır. Müəllifin ilk qələm təcrübə­lərindəndir. Kazaklar o dövrdə Rusiyanın iki fərqli icmasını, rus aristokratiyasını və rus şəhər həyatını, kazaklar və kazak kəndləri ilə real müqayisə etməklə qurulmuş bir təmələ malikdir. Romanda həyatında yeni səhifə açan, qazax həyatı ilə tanış olan, qazax qızına aşiq olan gənc rus aristokratının ətrafında cərəyan edir Roman həmçinin dünyanı və həyatı iki fərqli şəkildə şərh edir. Bu macəra boyu biz ölkədən qopub öz mədəniyyətləri daxilində yaşayan qazaxların həyatını, hansı şəraitin onları bu cür döyüşçü etdiyini və niyə belə yaşadıqlarını anlayırıq. Romanda Tolstoy oxuyucuya “mədəni konflikt”in nə demək olduğunu, insan perspektivinin əhəmiyyətindən bəhs edir.


Dmitri Andreyeviç Olenin zadəgan nəslindən olsa da, Moskvanın yüksək cəmiyyətində axtardığını tapa bilməyən, həyat yoldaşı ola biləcək uyğun namizədləri rədd edən, adət-ənənəyə baxmayaraq, iş rejimini qura bilməyən gənclərdəndir. Ona miras qalan pulu və onun verdiyi rahatlığı xoşbəxtliyə necə çevirəcəyini bilmədiyi üçün gələcək planlarını yavaş-yavaş dəyişdirərək xoşbəxtliyi yaşadığı şəhərdən kənarda axtarmağa qərar verir. O, orduya qatılaraq Rusiyanın məskunlaşmağa və qüdrətini möhkəmləndirməyə çalışdığı Qafqaza getməyi planlaşdırır. Fikirləşir ki, bəxtinin köməyi ilə Moskvaya bir neçə bəzəklə məşhur əsgər kimi qayıda bilər. Onun qoşulduğu bölmə Qafqazda Terek çayı yaxınlığındakı kənddə yerləşirdi. Burada qoşunlar son missiyaları müəyyən olunana qədər gözləyəcəkdilər. Ancaq imkansızlıq üzündən kənddəki evlərdə yüksək rütbəli əsgərlərin yaşamasına qərar verildi və Oleninə kəndin ən gözəl qızı Mariankanın yaşadığı evi tapmaq qismət oldu. Əsilzadə bir ailənin üzvü olması ona hərbi xidmətin çətinliyindən yaxa qurtarmaq və beləliklə də kənd camaatı ilə birgə istədiyi həyatı yaşamaq imkanı verəcək. Mariankanın nişanlısı olan qazaxlı gənc Luka tezliklə Oleninin varlığını kəşf edəcək və onlar arasında dostluqdan başlayan və getdikcə rəqabətə çevrilən münasibət başlayır. Olenin qərara gəlib ki, Marianka illərdir axtardığı, sevəcəyi və ona xoşbəxtlik bəxş edə biləcək insandır.


Romanda maraqlı məlumatlar və mesajlar var. Bunlardan biri də türklərlə oxşar mədəniyyətə malik qazaxlarda qadınların yerinin Qafqazda Anadolu ilə müqayisədə necə fərqli bir yerdə olmasıdır. Anadoludan fərqli olaraq, qadınların nişan dövründə belə yaşamaq istədikləri kişini seçmək hüququ var idi. Sosial mühitlərdəki yerində və kişilərlə münasibətdə çox daha sərbəst hərəkət edə bilir. Digər tərəfdən, oğurluq başqalarına qarşı törədildikdə, özlərinə qarşı edilmədikcə heç vaxt qınanılası bir davranış sayılmır və bölgədə gəlir mənbəyi kimi görülür.


Mənbə : Forbidden

Tərcümə etdi : Dilbər Paşazadə



Paylaş
Şərh əlavə et