
Məşhur holland rəssamı Vinsent van Qoq da öz avtoportretində psixi sağlamlıq problemlərini əks etdirib. O, özünü sol qulağı kəsilmiş halda təsvir etdikdən 2 il sonra intihar edib.
Van Qoq 1890-cı ilin iyulunda Parisdən kənarda tarlada özünü güllələyib. O, iki gün sonra 37 yaşında aldığı yaralara görə vəfat edib. Onun doğum günü olan martın 30-u Ümumdünya Bipolyar günü hesab edilsə də, məşhur rəssamın səhhətində yaranan problemlər haqqında çoxlu mübahisələr gedir.
Bu məqsədlə Hollandiya alimləri rəssamın 2020-ci ildə yazdığı təxminən 1000 məktubu araşdırıblar. Van Qoqun bipolyar pozğunluqla əlaqəsi xəstəliyin ilk təsvir edildiyi 1938-ci ilə təsadüf edir.
Bəs biz haradan bilək ki, məşhur rəssamın, məsələn, şizofreniya və ya neyrosifilis, beyin və ya onurğa beyninin infeksiyası yoxdur? Cavab onun qoyub getdiyi dəlillərdədir.
2020-ci il tədqiqatında iştirak edən Qroningen Universitetinin təqaüdçü psixiatriya professoru Willem Nolen diaqnoza beləcə çatdıqlarını izah edərək, “Van Qoqun qardaşına və dostlarına yazdığı 1000-ə yaxın məktubu araşdırmaq bizə nəsib oldu.
Beynəlxalq Bipolyar Pozğunluqları jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, Van Qoq bipolyar pozğunluqla yanaşı, şəxsiyyət pozğunluğu xüsusiyyətlərini də sahib olub. Onun vəziyyətinin ağır alkoqol istifadəsi və düzgün qidalanmaması səbəbindən pisləşdiyi vurğulanıb. Van Qoq həyatı boyu heç vaxt onunla nəyin səhv olduğunu dəqiq bilmirdi. O, məktublarının birində emosional vəziyyətindəki dəyişikliyi “mənəvi alov və ya dəlilik, mən buna necə adlandıracağımı dəqiq bilmirəm” kimi təsvir edib. O, həmçinin ailəsini sakitləşdirmək üçün əhvalını "rəssam dəliliyi" kimi təsvir etdib.
Mənbə: BBC
Tərcümə etdi: Sona Osmanova
