
Depersonalizasiyadan çəkən insanlar üçün dünya dumanın arxasında, hətta iki ölçülü və qeyri-real görünür.
Hər 100 adamdan birində rastlaşdığı düşünülən bu vəziyyət asanlıqla diaqnoz qoyulan bir xəstəlik deyil.
“Depersonalizasiya” və “derealizasiya” olaraq da adlandırılan depersonalizasiya pozğunluğunda insan özündən uzaqlaşır, bədəninə uzaqdan baxdığını hiss edir və reallıq hissini itirir.
Bu fenomen əslində kəskin narahatlıq və travma dövrlərində reallığı əhatə edən bir növ müdafiə mexanizmidir. Bu, marixuana kimi narkotiklərlə də baş verə bilər.
Mənbə: BBC
Tərcümə etdi: Sona Osmanova
