Bu gün:

"Cüzamlı" kralın həyatı və nailiyyətləri


13 yaşında taxta çıxan IV Baldwin, Yerusəlim Krallığının ən məşhur və nüfuzlu hökmdarlarından birinə çevrilib. Ömrünün sonlarına yaxın kor və yeriyə bilməyən bir vəziyyətə gətirən cüzam xəstəliyi ilə üzləşib. Lakin qısa, lakin təsirli hakimiyyəti dövründə böyük uğurlar əldə edib.

Montgisard döyüşündə qələbə

IV Baldwinin həyatındakı əlamətdar hadisələrdən biri 1177-ci ildə Montgisard döyüşündə Salah əd-Dinin güclü ordusunu məğlub etməsi idi. Bu döyüş Baldwinin iradəsini və krallığını müdafiə etmək üçün göstərdiyi gücü göstərib. Səlibçilərin itkilərinə baxmayaraq, Salah əd-Din ordusunun 90%-ni itirib və fərarilərlə üzləşib.

Montgisard qələbəsindən iki il sonra Salah əd-Din Mərc-Uyun döyüşündə səlibçiləri məğlub etdi. Cüzam xəstəliyi Baldwinin həyatını çətinləşdirsə də, onun iradəsini qırmadı. Fiziki və mənəvi iztirablarına baxmayaraq, Baldwin sadiq bir şəkildə krallığının idarəsini davam etdirdi.

Baldwin həmçinin bacıları Sibylla və İzabellanı evləndirməyə və öz nəslini davam etdirməyə çalışıb. Ömrünün sonlarında xəstəliyin təsirinə baxmayaraq, düşmənlərinə qarşı müqavimətini davam etdirib.

Hollywood ekranizasiyası

IV Baldwinin həyatı Ridley Scott-un "Cənnət Krallığı" filmində canlandırılıb. Filmdə Edward Norton tərəfindən canlandırılan Baldwinin obrazı reallıqdan bir qədər fərqlidir. Kralın maska taxaraq xəstəliyi gizlətməsi təsvir edilsə də, əslində o, sadəcə şəffaf bir örtükdən istifadə edib. Film kralın ağır xəstəliyinə baxmayaraq hərəkət etməsini göstərsə də, Baldwin həmin dövrdə yataqdan qalxa bilmirdi və tamamilə kor idi.

IV Baldwinin həyatı yalnız bir fiziki xəstəliyin deyil, həm də mənəvi sınağın təsiri altında formalaşmış əzm və liderlik nümunəsidir. Cüzamın bədəninə vurduğu zərərlərə baxmayaraq, Baldwin ruhunu və krallığa olan sadiqliyini itirməyib.


Mənbə: Mail.KZ

Tərcümə etdi: Səid Quliyev

Paylaş
Şərh əlavə et