Bu gün:

Şərqin tutqulu italyan rəssamı: Leonardo de Mango


İstanbula olan sevgisi Leonardo de Mango-nu şəhərə elə güclü tellərlə bağladı ki, sanki oradan heç ayrılmayacaqdı. Oryentalizm cərəyanının görkəmli nümayəndələrindən olan de Mango, Türkiyə və Şərq aşiqi olaraq həyata vida edib. 1843-cü ildə İtaliyanın Bisceglie şəhərində doğulmuş bu sənətkar, rəssamlıq sahəsində öz təhsilini 20 yaşında qazandığı müsabiqə mükafatı ilə Napoli Akademiyasında davam etdirib. Burada dövrün tanınmış rəssamları ilə təmasda olmaq ona dərin təsir göstərib.

De Mango, Avropadan uzaq Şərq dünyasına böyük maraq bəsləyirdi. Bu arzu onu 1874-cü ildə 9 il yaşayacağı Beyruta aparıb. Beyrut onun Şərq mədəniyyəti ilə tanış olduğu və sevərək mənimsədiyi yer olub. Bu dövrdə Dəməşq və digər şəhərlərdə müşahidələr apararaq, Şərqin mənzərələrini və həyatını əsərlərinə köçürüb.

1883-cü ildə İstanbul de Mango-nun arzusu və sənət yolunun zirvəsinə çevrilib. Osmanlı paytaxtının mistik və cazibədar atmosferi onu valeh edib. İstanbul, onun üçün gördüyü bütün Şərq şəhərlərindən daha dərindən bağlandığı bir məkan olub və bu şəhərdən aldığı ilham onun əsərlərinə əbədi bir iz buraxıb.


Mənbə: Milliyet

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et