Bu gün:

Anksiyetenin öhdəsindən gəlmək üçün 8 strategiya


Anksiyete ilə mübarizə üçün sadə və effektiv yollar axtaranlar üçün müxtəlif elmi metodlar mövcuddur. Mütəxəssislər həm qısa, həm də uzunmüddətli strategiyaların faydalı olduğunu bildirir.

Qısa müddətli anksiyete azaltma yolları:

1. Anksiyeteden uzaqlaşmaq: Anksiyete əsasən pis ssenarilər qurmaqla başlayır. Mütəxəssislər anksiyeteli düşüncələrdən uzaqlaşmağı və obyektiv yanaşmağı tövsiyə edir.

2. Nəfəs alışını tənzimləmək: Dərin nəfəs alma texnikaları bədən və beyni rahatlamağa kömək edir.

3. Ətrafla bağlantı qurmaq: Ətrafdakı obyektlərə diqqət yetirərək anksiyete anlarında indiki ana qayıtmaq mümkündür.

4. Təbiətlə təmas: Yüngül idman və təbiət gəzintiləri, düşüncələri dağıtmaq üçün məsləhət görülür.


Uzun müddətli strategiyalar:

1. Sağlam gündəlik rutinin təmin edilməsi: Yuxuya və qidalanmaya diqqət anksiyete səviyyəsini azaldır.

2. Meditasiya və zehni yoxlama: Gündəlik meditasiya və düşüncələri obyektiv şəkildə dəyərləndirmək anksiyeteni yüngülləşdirir.

3. Məqsəd və hədəflərin təyin edilməsi: Gələcək üçün konkret hədəflər qoymaq, anksiyeteni idarə etməkdə kömək edir.

4. Dəstək almaq: Mütəxəssislər, psixoloji dəstəyin və dostlarla əlaqənin anksiyetenin öhdəsindən gəlməkdə təsirli olduğunu bildirir.


Anksiyetenin öhdəsindən gəlmək üçün bu üsullar həm anında rahatlıq verir, həm də uzunmüddətli təsir göstərir.


Mənbə: Sciencefocus

Tərcümə edən: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et